Ər həyat yoldaşını niqab bağlamağa məcbur edə bilərmi?
Sual:
Esssalamun aleykum, yoldasi mecbur etdiyi ucun qadin niqab baglamasi vacibdir mi ? Yoxsa qadininda isteyi olmalidir?
Cavab:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, qadının üzünü örtməsi vacib deyil, müstəhəbdir. Əgər qadın könüllü şəkildə ibadət məqsədilə bunu edərsə, buna görə savab qazanar. Lakin ərinin onu buna məcbur etməsi də doğru yanaşma deyil. Ər həyat yoldaşına niqabı tövsiyə edə, bunun fəzilətini izah edə və onu yaxşılığa təşviq edə bilər, lakin məsələni zor və təzyiq vasitəsinə çevirməməlidir. Ailə həyatı qarşılıqlı anlayış, mərhəmət və gözəl davranış üzərində qurulmalıdır. Allahın vacib etmədiyi bir məsələni ailə daxilində mübahisə və təzyiq səbəbinə çevirmək əvəzinə, ər və arvad bir-birinə hikmətlə və gözəl nəsihətlə yanaşmalıdırlar. Həmçinin oxuyun: