Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır?

    31.03.2015
Kimdən: 
Yene men
Sual: 
Salam aleykum.suallarimla sizi bezdirmerem in we Allah.subh namazina cetinlikle dururam bezi vaxti dura bilmirem(Allah kecsin gunahimdan).bir meslehet verin xahiw.dura bilmemeyemim imam zeifliyinden ola bilermi?
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Sübh namazını qılarsa Allahın himayəsi altında olar. Odur ki, Allahın haqlarını yerinə yetirməkdə sizdən gözlənilənləri yerinə yetirin. Çünki kim bu cür etməzsə, Allah onu yaxalayıb üzü üstə Cəhənnəm atəşinə atar". (Muslim, 657; ət-Tirmizi, 222; Əhməd, 18803).
"Sabah namazının iki rükət sünnəti dünya və onun içindəki hər şeydən daha xeyirlidir". (Muslim).
Uca Allah buyurur: "Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur". (əl İsra, 78).
Sübh namazına vaxtında durmaq üçün Allaha dua edərək aşağıdakı səbəblərdən istifadə etmək olar:

  • Tez yatmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) İşa namazından əvvəl yatmağı, sonra isə danışmağı xoşlamazdı. (əl-Buxari: 2/49, №: 568; Muslim: 1/447, №: 647). Danışmaq insanların gec yatmağına səbəb olduğu üçün Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu xoşlamamışdır.
  • Yatmazdan qabaq zikrlərdən bacardıqlarınızı etmək. Daha ətraflı: Yatağa girərkən oxunan zikrlər
  • Yuxudan oyanarkən Allahı zikr etmək. Daha ətraflı: Yuxudan oyanarkən edilən zikrlər
  • Dəstəmaz alaraq yatmaq. Hədislərdə dəstəmaz alıb yatan adam üçün mələklərin dua etdiyi bildirilmişdir
  • Axşam az yemək. Çox yemək dərin yuxuya səbəb olaraq vaxtında durmağa çətinlik yaradır.
  • Zəngli saatı özündən aralıya qoymaq (ayağa durmağa məcbur olmaq üçün) və yuxudan duran kimi işığı yandırmaq.
  • Başqalarından sizi oyatmalarını xahiş etmək. Bilal (Allah ondan razı olsun) Peyğəmbəri (salləllahu aleyhi və səlləm) sübh namazına oyatmağa mükəlləf idi
  • Əgər gecə namazına duran yataraq sübh namazına dura bilmirsə, gecə namazını sübh namazına yaxın vaxtda qılmaq və sübh namazının vaxtının girməsini gözləmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu zaman sağ əlinə dirsəklənərək mürgüləyərdi, dərin yuxuya getdikdə əli sürüşərək oyanardı. (İmam Əhməd: "Musnəd", 5/298).

Həmçinin oxuyun: İmanı necə artırmaq olar?

Teqlər: 
Paylaş: