3. Yuxudan oyanarkən edilən zikrlər

   1. [Əlhəmdulilləhi-l-ləzi əhyənə bə'də mə əmətənə və ileyhi-n-nuşur]
 
   1. «Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayı­dış Onadır».[1]
 
   2. [Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, ləhu-l-mulku və ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir, subhənəllahi, va-l­-həmdulilləhi, va lə iləhə illəllahu, vəllahu Əkbər, va llə havlə va lə quvvatə illə billəhi-l-aliyyi-l-azim, rabbiğfir li]
 
   2. «Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir. Allah pak və mü­qəddəsdir. Həmd Allahadır. Allahdan başqa məbud yoxdur. Allah ən Böyükdür. Qüdrət və güc yalnız Uca və Böyük Allahdadir! Ey Rəbbim məni bağış­la!»[2]
 

   3. [Əlhəmdulilləhi-l-ləzi afəni fi cəsə­di, va raddə aleyyə ruhi, va əzinə li bizikrihi]
 
  3. «Bədənimə salamatlıq verən, ruhumu mə­nə qaytaran və mənə Onu yad etməyə izin ve­rən Allaha həmd olsun!»[3]

4.  Ali İmran surəsinin 190-cı ayəsindən sonuncu (200-cü ayəsinə) qədər oxumaq:

[İnnə fi xalqi-s-səməvati va-l-ardi va-x-tiləfi-l-leyli va-n-nəhəri lə əyəti-l-li uli-l-əlbəb -
Əlləzinə yəzkurunə-l-lahə qiyəmən va quudən va alə cunubihim va yətəfəkkərunə fi xalqi-s-səməvati va-l-ard, rabbənə mə xaləqtə həzə bətılən subhənəkə fə qinə azəbə-n-nər -
Rabbənə innəkə mən tudxili-n-nəra fəqad əxzəytəh, va mə li-z-zaliminə min ənsar -
Rabbənə innənə səmi'nə munədiyə-y-yunədi li-l-iməni ən əminu bi rabbikum fə əmənnə, rabbənə fəğfirlənə zunubənə va kəffir annə seyyiətinə va təvaffənə məa-l-əbrar -
Rabbənə va ətinə mə vaədtənə alə rusulikə va lə tuxzinə yovmə-l-qiyəməh -
Rabbənə innəkə lə tuxlifu-l-miad - Fəstəcəbə ləhum rabbuhum ənni lə udiu amələ amili-m-minkum min zəkərin av unsə, ba'duku-m-min ba'd, fə-l-ləzinə həcəru va uxricu min diyərihim va uzu fi səbili va qatəlu va qutilu lə ukəffirannə anhum seyyiətim, va lə udxilənnəhum cənnətin təcri min təhtihə-l-ənhəru səvabəm min indi-l-ləh, vallahu indəhu husnu-s-səvab -
Lə yəğurranəkə təqallubu-l-ləzinə kəfəru fi-l-biləd - Mətəun qalilun summə mə'vahum cəhənnəm, va bi'sə-l-mihəd -
Ləkini-l-ləzinə-t-təqav rabbəhum, ləhum cənnətun təcri min təhtihə-l-ənhəru xalidinə fihə nuzuləm min indilləh, va mə indəllahi xayru-l-lil əbrar -
Va innə min əhli-l-kitəbi ləmə-y-yu'minu billəhi va mə unzilə ileykum va mə unzilə ileyhim xaşiinə lilləhi lə yəştərunə bi əyətilləhi səmənən qalilə, uləikə ləhum əcruhum ində rabbihim, innə-l-lahə səriu-l-hisəb -
Yə əyyuhə-l-ləzinə əmənu-s-biru va sabiru va rabitu va-t-təqullahə ləalləkum tuflihun] (əl Bəqərə, 190-200).

4. «Həqiqətən, göylərin və yerin yaradıl­ma­sında, gecə ilə gün­düzün bir-birini əvəz etmə­sində ağıl sahibləri üçün dəlillər vardır. O kəs­lər ki, ayaq üstə olanda da, oturanda da, uza­nanda da Allahı yad edir, göylərin və yerin ya­ra­­dılması haqqında düşünür­lər (və deyirlər): «Ey Rəbbi­miz! Sən bunları əbəs yerə yarat­ma­mısan. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda daxil etdiyin kəsi əlbəttə, rüsvay edərsən. Za­lımların köməkçiləri olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz: «Rəbbinizə iman gətirin!» – deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gə­tirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə ba­ğış­la, təqsirlərimizdən keç və canı­mızı itaətkarlar­la (möminlərlə) bir yerdə al! Ey Rəbbi­miz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədə xilaf çıxmırsan!» Onların Rəbbi onlara cavab verdi: «Mən, sizlərdən – istər ki­şi, istərsə də qadın olsun – heç bir iş görənin əməyini puç etmə­rəm. Siz bir-birinizdən­siniz (dində kişi və qadın eynidir). Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolum­da əziy­yətə düçar olanların, vuruşanların və öl­dürü­lənlərin əlbəttə təq­sirlərindən keçəcək və on­ları (ağacları) altından çay­lar axan cən­nət­lərə daxil edəcəyəm. (Bu, onlar üçün) Allah­dan bir mükafatdır. Gözəl mükafat yalnız Allah yanındadır». Qoy kafirlərin diyarbədiyar gəzib-dolaşması səni aldat­masın! Bu, az (ya­xud keçici) bir zövqdür. Sonra isə on­ların məs­kəni Cəhənnəmdir. Ora nə pis yataqdır! Lakin öz Rəbbindən qorxanlar üçün [ağacları] altın­dan çay­lar axan cən­nətlər vardır ki, onlar orada əbə­di qalacaqlar. (Bu, onlar üçün) Allahdan bir ziyafətdir. Allah yanında olan (nemət­lər) ita­ət­karlar (möminlər) üçün daha xeyirli­dir. Həqi­qətən, Kitab əhlindən elələri də vardır ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edi­lənə, həm də özlərinə nazil edilənə inanır, Allahın ayələrini ucuz qiymətə satmırlar. On­la­rın öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. Ey iman gətirənlər! Səbir edin, dözümlü ölün, (sər­­həd boyu) növbə ilə keşik çəkin və Allah­dan qorxun ki, bəlkə nicat tapası­nız!» (Ali-İmran, 190-200)[4]

[1] Fəthul-Bari, 11/113; Muslim, 4/2083.
[2] «Kim gecə oyanarkən bunları desə, bağışlanar, dua etsə ona cavab verilər. Qalxıb dəstəmaz alsa, sonra namaz qılsa, namazı qəbul olunar». «Fəthul-Bari», 3/39 və başqaları. Bu, ibn Macənin mətnidir. Bax: «Səhih ibn Macə», 2/335.
[3] ət-Tirmizi, 5/473. Bax: «Səhihu-t-Tirmizi», 3/144.
[4] «Fəthul-Bari», 8/237; Muslim, 1/530.