29. Yatağa girərkən oxunan zikrlər

«Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər gecə yatağına uzandıqda əllərini cütləşdi­rib on­ların içinə üfürər, sonra ora əl İxlas, əl Fələq və ən Nəs surələrini oxuyardı:
                                                                                                                əl-İxlas surəsi: 
                                                                                                        Bismilləhi-r-rahmənir-rahim.

1.Qul huvəllahu əhəd, 2.Əllahu-s-saməd, 3.Ləm yəlid və ləm yuləd, 4. Və ləm yəkul ləhu kufuvan əhəd. (əl İxlas, 1-4).

 Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «O Allah Təkdir! Allah [heç kəsə, heç nəyə] Möh­tac deyildir [əksinə, hər bir məxluq Ona möh­tacdır]. O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!»
                                                                                                             əl-Fələq surəsi:
                                                                                                     Bismilləhi-r-rahməni-r-rahim.

1. Qul əuzu bi rabbi-l-fələq, 2. Min şərri mə xaləq, 3. Və min şərri ğasiqin izə vaqab, 4. Və min şərri-n-nəffəsəti fi-l-uqad, 5. Və min şərri həsidin izə həsəd. (əl Fələq, 1-5).

Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, çökməkdə olan zülmətin [gecənin] şərindən, düyünlərə yüngülvari tüpürən [cadu­gər] qadınların şərindən və paxıllıq edərkən paxılın şərindən!»
                                                                                                                ən-Nəs surəsi:           
                                                                                                     Bismilləhi-r-rahməni-r-rahim.                    
1. Qul əuzu bi rabbi-n-nəs, 2. Məliki-n-nəs, 3. İləhi-n-nəs, 4. Min şərri-l-vasvasi-l-xannəs, 5. Əlləzi yuvasvisu fi sududuri-n-nəs, 6. Minə-l-cinnəti va-n-nəs. (ən Nəs, 1-6).

Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «Sığınıram insanların Rəbbinə, insanların Hökm­darına, insanların Tanrısına! Vəsvəsə verənin, [Allahın adı çəkiləndə isə] geri çə­ki­lə­nin [şeyta­nın] şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də [olur], insanlardan da!» surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən baş­layaraq bacar­dığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi».[1]
 
Yatağa uzananda Ayətu-l-Kursi ayəsini oxu­maq»[2]

Əuzu billəhi minə-ş-şeytani-r-racim: "Əllahu lə iləhə illə huvə-l-həyyu-l-qayyum. Lə tə'xuzuhu sinətun valə nəvm. Ləhu mə fi-s-səməvati vamə fi-l-ard. Mən zəlləzi yəşfəu indəhu illə bi iznihi. Yə'ləmu mə beynə əydihim vamə xalfəhum. Valə yuhitunə bişeyin min ilmihi illə bimə şəə vasi'ə kursiyyuhu-s-səməvati va-l-ard. Valə yəuduhu hifzuhumə va huvə-l-aliyyu-l-azim". (əl Bəqərə, 255).

Mənası: Lənətlənmiş şeytandan Allaha sığınıram!: «Allah! Ondan başqa [iba­dətə layiq olan] tanrı yoxdur, [əbə­di] Yaşayandır, Qəyyumdur [kainatı yaradan və onu idarə edəndir, bəndələ­rinin işlərini yoluna qoyan və on­ları qoruyan­dır]. Onu nə mürgü tutar, nə də yuxu. Göy­lər­də və yerdə nə varsa, Onundur. Onun izni ol­madan Onun yanında kim havadarlıq edər? O, on­ların [yaran­mışların] önlərində və arxaların­da olanı [nə olub, nə olur və nə olacağını] bilir. Onlar Onun elmindən Onun is­tədiyin­dən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub sax­lamaq Ona ağır gəlmir. O, Ucadır, Böyük­dür!»
 
Daha sonra Əmənə-r-Rasulu ayəsini oxumaq:

Əuzu billəhi minə-ş-şeytani-r-racim: "Əmənə-r-rasulu bimə unzilə ileyhi mir-rabbihi va-l-mu'minun, Kullun əmənə billəhi va mələikətihi va kutubihi va rusulih, lə nufərriqu beynə əhədi-m-mir-rusulih, va qalu səmi'nə va əta'nə, ğufranəkə va ileykə-l-masir, Lə yukəllifu-l-lahu nəfsən illə vusahə, ləhə mə kəsəbət va aleyhə mə-k-təsəbət, rabbənə lə tuəxiznə in nəsiynə av əxta'nə, rabbənə va lə təhmil aleynə isran kəmə həməltəhu alə-l-ləzinə min qablinə, rabbənə va lə tuhəmmilnə mə lə taqatə lənə bih, va'fu annə va-ğ-fir lənə, va-r-həmnə, əntə movlənə, fə-n-surnə alə-l-qavmi-l-kəfirin". (əl Bəqərə, 285-286).

Mənası: Lənətlənmiş şeytandan Allaha sığınıram!: "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlardedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!” Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl Bəqərə, 285-286).[3]

[Bismikə rabbi vəda'tu cənbi va bikə ər­fəuhu. Fə in əmsəktə nəfsi fərhəm­hə va in ərsəltəhə fəhfazhə bimə təhfazu bihi ibaədəkə-s-salihin]

 «Ey Rəbbim! Sənin adınla[4] böyrümü ye­rə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu bu­raxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru!»[5]  
 
 [Allahummə, innəkə xaləqtə nəf­si, va əntə təvaffahə, ləkə məmətuhə va məhyəhə, in əhyəytəhə fəhfazhə, va in əməttəhə fəğfir ləhə. Allahummə, inni əs'əlukə-l-afiyətə]
 
«Allahım! Canımı Sən yaratdın, Sən də onu alacaqsan. Onu öldürmək də, dirilt­mək də Sənə məxsusdur. Onu diriltsən, qoru, öldürsən, bağışla! Allahım! Səndən salamatlıq diləyi­rəm!»[6]
 
 [Allahummə, qini əzəbəkə yovmə təb'asu ibədəkə]
 
 «Allahım![7] Bəndələrini dirildəcəyin gün məni Öz əzabından qoru!»[8]
 
  [Bismikə, Allahummə əmutu va əhyə]
 
 «Allahım! Sənin adınla ölür və dirili­rəm!»[9]

 Otuz üç dəfə təsbih (Subhənəllah!) otuz üç dəfə təhmid (əlhəmdulilləh!) otuz dörd dəfə təkbir (Əlla­hu Əkbər) demək.[10]
 
 [Allahummə, rabbə-s-səməvati-s-səb'i va rabbə-l-arşi-l-azim. Rabbənə va rabbə kulli şeyin, fəliqal--həbbi va-n-nəva, munzilə-t-tovrati va-l-incili va-l-furqani. Əuzu bikə min şərri kulli şeyin əntə əxi­zun binə­sıyətihi. Allahummə, əntə-l-əvva­lu fəleysə qabləkə şeyun, va əntə-l-əxiru fəleysə bə'dəkə şeyun, va əntə-z-zahiru fə­leysə fovqakə şeyun, va əntə-l-bətınu fə­leysə dunəkə şeyun, iqdı annə-d-deynə va əğninə minə-l-fəqri]
 
«Allahım! Yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çat­ladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şe­yin şərin­dən Sənə sığınıram. Allahım! Sən Əv­vəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axır­san, Səndən sonra heç nə yoxdur. Sən Zahir­sən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!»[11]
 
[Əlhəmdulilləhi-l-ləzi ət'amənə va səqanə va kəfənə va əvanə, fə kəm mi-m-mən lə kəfiyə ləhu va lə mu'viyə]
 
«Bizi yedirdən, içirdən, qoruyan və bizə sığınacaq verən Allaha həmd olsun! Neçə-neçə şəxslər vardır ki, onların nə bir qoruyanı, nə də bir sığınacaq verəni var!»[12]
 
 [Allahummə, alimə-l-ğaybi va-ş-şə­hədəti, fətıra-s-səməvati va-l-ardi. Rabbə kulli şeyin va məliykəhu. Əşhədu əllə iləhə illə əntə. Əuzu bikə min şərri nəfsi va min şərri-ş-şeytani va şirkihi, va ən əq­tərifə alə nəfsi suən av əcurrahu ilə mus­limin]
 
«Göyləri və yeri yaradan, qeybdə və aş­kar­da olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Nəfsimin şərin­dən, şeytanın şərindən və şirkindən, özümə pislik etmək­dən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığı­nıram!»[13]
 
Peyğəmbər (sallallahu aleyhi və səlləm) “əs-Səcdə” “əl-Mulk” surələrini oxumadan yat­maz­dı. [14]
 
[Allahummə, əsləmtu nəfsi iley­kə, və fəvvadtu əmri ileykə, va vaccəhtu vachi ileykə, va əlcə'tu zahri ileykə, rağbətən va rahmətən ileykə. Lə məlcə'ə va lə məncəə minkə illə ileykə. Əməntu bi ki­təbikə-l-ləzi ənzəltə va bi nəbiyyikə-l-ləzi ərsəltə]
 
«Allahım![15] Sənə ümid edərək və Sən­dən qorxaraq canımı Sənə təslim etdim, işimi Sənə həvalə etdim, üzümü Sənə çevirdim, kü­rəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!»[16]

 
[1] «Fəthul-Bari», 9/62; Muslim, 4/1723.
[2] Kim onu yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona ya­xınlaş­maz. «Fəthul-Bari», 4/487.
[3] Kim gecə bu ayələri oxusa, ona kifayət edər.«Fəthul-Bari», 9/94; Muslim, 1/554.
[4] «Kim gecə yatağından qalxıb sonra ora qayıtsa, paltarının ətəyi ilə oranı üç dəfə çırpıb təmizləsin. Ona görə ki, o, =       = özündən sonra yatağa nəyin girdiyini bilmir. Uzan­dıqda isə desin...»
[5] əl-Buxari, 11/126; Muslim, 4/2084.
[6] Muslim, 4/2083. Əhməd, 2/79. Bu onun mətnidir. İbn əs-Sunni, «Əməlul-Yəumi vəl-Leyl», № 721.
[7] «Peyğəmbər (sallallahu aleyhi və səlləm) yatağa uzanmaq istəyən­də sağ əlini yanağının al­tına qoyub üç dəfə belə deyərdi...»
[8] Əbu Davud, 4/311. Bu onun mətnidir. Bax: «Səhihu-t-Tir­mizi», 3/143.
[9] əl-Buxari, 11/113; Muslim, 4/2083.
[10] «Kim bunları yatağına uzanarkən desə, onun üçün xid­mət­çidən daha xeyirli olar». «Fəthul-Bari», 7/71; Muslim, 4/2091.
[11] Muslim 4/2084.
[12] Muslim 4/2085.
[13] Əbu Davud, 4/317. Bax: «Səhihu-t-Tirmizi», 3/142.
[14] ət-Tirmizi, ən-Nəsai. Bax: «Səhihul Cami», 4/255.
[15]«Yatağa uzandıqda namaz üçün dəstəmaz aldığın kimi dəs­təmaz al, son­ra sağ tərəfin üstə uzanıb de…»
[16] Reyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əgər bunu de­yib ölsən, fitrət üzərində (heç bir günahı olmadan, anadan doğulmuş uşaq kimi) ölmüş olarsan». «Fəthul-Bari», 11/113; Muslim, 4/2081.