Zinadan tövbə etmişəm, lakin bəzən şəhvət hissi yaranır. Nə etməliyəm?
Sual:
Salam mən namaz qilaraq vaxtilə etdiyim zina emelime tövbə etmişəm amma bəzən şəhvət hissi gəlir bu zaman nə etməliyəm
Cavab:
Və aleykum Salam. Uca Allah tövbənizi qəbul etsin, sizi günahlardan qorusun və qəlbinizə iffət versin!
Keçmişdə etdiyiniz günaha görə səmimi tövbə etmisinizsə, Allahın rəhmətindən ümidinizi kəsməyin. Şəhvət hissinin öz-özünə yaranması günah deyil; insan bu hissə haram yolla cavab verdikdə günah qazanır. Belə anlarda baxışlarınızı qoruyun, sizi harama aparan şeylərdən uzaqlaşın, oruc tutmağa çalışın və Allahı zikr edin. Özünüzü keçmiş günahınızla daim üzməyin, tövbənizdə sadiq qalın. Həmçinin oxuyun: