Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

    20.10.2014
Kimdən: 
Nergiz
Sual: 
Salam,men defelerle tovbe edirem. Amma istemedem pozuram. Pozandan sonra pewman oliram pis oluram. Yenidem tovbe edirem amma ger defesinde pozuram. Nolar mene komek edin. Men ne ede bilerem axi?
Cavab: 

Aleykum salam. Əvvəlcə bunu bilmək lazımdır ki, dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək lazımdır. "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153).
Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Bəndə Uca Allaha qarşı nə qədər itaətkar olarsa, Uca Allah da onu o qədər nəfsinin şərrindən və şeytanın vəsvəsələrindən qoruyar: "Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər". (ət-Talaq, 2).

Günahlardan əl çəkə bilmək üçün aşağıdakıları etmək faydalıdır:

  • Namaz qılmaq. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
  • Nafilə (əlavə) ibadətlər etmək. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir ki, Uca Rəbbimiz buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (əl-Buxari).
  • Günahı tərk etməyi asanlaşdırması üçün Uca Allaha dua etmək
  • Həmin günah və onun cəzası haqqında oxumaq və Allahdan qorxmaq
  • Zikrləri öyrənib Allahı bacardığınız qədər zikr etmək. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Daha ətraflı: Müsəlmanın qalası (dua və zikrlər)
  • Günaha aparan, onu yada salan vasitələrdən və yerlərdən uzaq olmaq.
  • Günaha aparan insanlardan mümkün qədər uzaq durmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin". (Əbu Dəvud; ət-Tirmizi).
  • Mömin, sizə fayda verən insanlarla oturub durmaq
  • Məscidə çox getmək
  • Hər gün Allahın dinini öyrənmək üçün vaxt ayırmaq və imanı artırmaq. Daha ətraflı: İmanı necə artırmaq olar?
  • Gün ərzində digər faydalı işlərlə məşğul olmaq. Məsələn, dünyəvi elm və ya bacarıqlara yiyələnmək, idman və s. və digər xeyirli əməllər etmək
Teqlər: 
Paylaş: