Qul haqqı barədə

    23.01.2014
Sual: 
Salam Aleykum. Qul haqqina girmek haqqinda aye varmi?
Cavab: 

Aleykum salam. Uca Allah qul haqqına aid olan günahları bağışlamayacaq və qiyamət günü insanlar hesaba çəkildikləri zaman bütün haqq sahibləri, yəni, vaxti ilə haqqları pozulmuş şəxslər, borcları qaytarılmayan borc sahibləri və s. zərər çəkmişlər öz haqlarını onlara zülm etmiş şəxslərdən alacaqlar. Yalnız dünya həyatında zülm etdiyi adamdan halallıq alanlar istisnadır. Axirət meydanında alacaq olan kimsə borclunun savabından alır. Lakin borclunun savabı yoxdursa, onda alacağı miqdar qədər əvəzində günahından borclu olana ötürür.  Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurmuşdur: "Bilirsinizmi müflis kimdir?", səhabələr (Allah onlardan razı olsun) dedilər ki: "Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır". Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, birinin malını (haqsız olaraq) yemiş, birinin qanını tökmüşdür. Buna görə onun yaxşılıqlarından bütün haqq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklənir və sonra o kəs Cəhənnəmə atılır". (Muslim, 2581).
Həmçinin demişdir: "Kimin üzərində din qardaşının haqqı varsa bunu ona halal etdirsin. Çünki o gün (qiyamət günü) borcunu vermək üçün nə dinar vardır, nə də dirhəm. (Bu borcunu) onun savablarından alınıb ona verilmədən və ya yaxşı əməlləri (savabları) olmadıqda, veriləcək kimsədən günahları alınıb borcluya yüklənmədən əvvəl bunu etsin (yəni Qiyamət günü və ölüm gəlmədən bunu ödəsin və ya halallığını istəsin)". (Səhih əl-Buxari, 7/197).
Başqa səhih bir hədisdə də belə buyurulmuşdur: "Qiyamət günü hər kəsin haqqı veriləcək; hətta buynuzsuz qoç buynuzlu qoçdan (onu vurduğuna görə) öz haqqını alacaq". (Səhih Muslim: "əl-Birr vas-Sılə val-Ədəb", 4679).
Uca Allah buyurur: "O gün (Qiyamət günü) insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8).

Teqlər: 
Paylaş: