03-08-2025 Amin
Salam. Mənim sualım "Həcc surəsinin "65" ci ayəsi ilə bağlıdır. 65. (Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi?
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmür­sənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayır.

ardını oxu
03-08-2025 Gulzar
Səlamun aleyküm Qiz ovladlarina zümra hüma adlarinin qoyulmasi islama uygundurmu?
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə, uşaqlara gözəl və mənaca yaxşı, həmçinin cəmiyyətdə qəribə qarşılanmayan ad qoymaq övladın valideyn üzərində olan haqqıdır.

ardını oxu
01-08-2025
Qadın üzündə rəngli (tanal effektli) nəmləndirici istifadə edə bilər? Məhsul dərini daha hamar və qüsursuz göstərir. Bu makyaj sayılır? Naməhrəmlərin qarşısına çıxa bilər?
Cavab:

Əssələmu aleykum. Əgər sualda qeyd etdiyiniz nəmləndirici sifəti daha da cəlbedici edirsə, bu kosmetika sayılır və belə nəmləndirici vasitələri naməhrəmin qarşısına çıxarkən vurmaq qadağandır. Həmçinin oxuyun:

ardını oxu
01-08-2025 Emin
Salam. Mənim 29 yaşım var. Həyatımda heçnə yolunda getmir bütün işlərim şəxsi həyatım ətrafımda heçnə yolunda getmir eləbilki kimsə həyatıma mənim açar vurub bağlayıb.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
01-08-2025 Allah bəndəsi
Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh. Allah elminizə bərəkət versin. Əgər müsəlmanda kafirlərin şübhələrini dəf edə biləcək elm, günahlara qarşı iman qalxanı varsa, səyahət, iş, dünyəvi sahə üzrə ali təhsil almaq üçün kafir ölkələrə getmək olarmı?
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabları oxuyun:

ardını oxu
01-08-2025
Salam,hər vaxtınız xeyir.Bu ölkədə evlənmək artıq qəlizləşib.Evlənmək istəyən şəraitsizlikdən,işsizlikdən,pulsuzluqdan,qiymət artımından,daha sonra yaxşı insam tapa bilməməkdən dolayı evlənə bilmir.Bununla belə cinsi istək yaşamaq istəyir.Nəticədə bədən bunu tələb edir,ömür boyu evlənməyən birinin c
Cavab:

Və aleykum Salam. Dinimiz bizə evlənməyi tövsiyə edir. Müsəlman yalnız kəbinli həyat yoldaşı ilə yaxınlıq edə bilər. Kəbin olmadan pul qarşılığında yaxınlıq etmək isə zina sayılır. Ətraflı oxuyun:

ardını oxu
01-08-2025
Salam,men tarix müellimesiyem özümde hicablıyam oğlan şagirdlerim de var qız şagirdlerimde eşitdiyime göre namehremlere ders keçmek olmaz indi men günah mı qazanıram?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
29-07-2025 Xanim
Salam Aleykum,usaq doqulub iller kecib lakin eqiq kesilmeyibse ne etmek olar,tesekkur edirem
Cavab:

Və aleykum Salam. Uşağın anadan olmasının yeddinci günü əqiq kəsmək sünnəyə daha uyğundur. Əgər yeddinci günü kəsilməyibsə, istənilən vaxt kəsmək olar. Ətraflı oxuyun:

ardını oxu
29-07-2025 Aişə
Salam. Evlənəndə hicabsız idim, sonra öz istəyimlə keçdim. Amma 7 aydan sonra artıq hicabı açmaq istəyirəm, lakin digər fərzləri yerinə yetirirəm. Yoldaşım isə deyir ki hicabı açsan səni boşayacam. Buna görə boşamaq olar?
ardını oxu
29-07-2025 Ayaz
Salam haram yolla qazanılan 15$ bir vesait oğurluq deyil Allaha sığınıram.. Bu pulu zererli verdişden qurtulmaq üçün istifade etmek olar? Yani bele bir şeye istifade etmek olar bu pulu. Beleki alkokoldan kanyakdan qazanılan pulu.
Cavab:

Və aleykum Salam. Haram yolla qazanılan pulu istifadə etmək qadağandır. Bu puldan yalnız qurtulmaq üçün onu bir kasıba və ya ehtiyacı olan adama vermək lazımdır. Lakin bu sədəqə sayılmayacaq və buna görə savab da yoxdur. Çünki Uca Allah gözəldir, pakdır və yalnız pak olanı qəbul edir.

ardını oxu
29-07-2025
Salam aleykum qusul alanda bas ve boyun hisesi tek yuyulur yoxsa butun beden yuyulur sonra sag sol ?
Cavab:

Və aleykum Salam. Kamil qüsl alarkən əvvəlcə dəstəmaz əzaları yuyulur. Sonra başa su töküb başı və onunla bərabər boyu və bədənin bəzi hissəsi yuyulur. Sonra isə sağ və sol tərəflərə su tökülərək qalan bədən hissələri yuyulur. Ətraflı oxuyun:

ardını oxu
29-07-2025
Salam. Zöhr və Əsr namazını birləşdirib, 19:00da, Şam və İşa namazını birləşdirib, 21:00da qila bilerem?
ardını oxu
25-07-2025
Salam. Məndə qeyri normal aybaşı olur, yəni vaxtlı vaxtında olmuram gecikmələr olur. Daha çox qəhvəyi axıntılar var. Hal hazırda aybaşı olmalı olduğum vaxtdan 14 gün keçib. Yəni 14 gündü gecikir. 4-5 gündü az az qəəhvəyi axıntım var. Amma mən təmizlənib qılırdım. Bugün lap çoxalıb.
Cavab:

Və aleykum Salam. Heyzdən əvvəl gələn qəhvəyi (qana bulaşmış) axıntılar heyzdən sayılır. Əgər heyz ağrıları ilə yanaşı belə axıntılar olarsa, bu halda bu, heyz sayılır və siz bu axıntılar dayanana qədər namazı saxlamalısınız. Həmçinin oxuyun:

ardını oxu
25-07-2025
Assalamu Aleykum va RahmatuLlahi Va Barakatuh. Demye taxıldan yani süni suvarma sistemine ehtiyac görmeyen taxıldan zekat nece verilir? Barak Allahu fikum
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Arpa, buğda, qarğıdalı, düyü və s. bu kimi təbii su ilə (yağış, bulaq və s.) suvarılan torpaqlardan çıxan taxıl məhsullarına zəkat vacib olur. Əgər bu məhsulların miqdarı nisaba, yəni beş "vəsq" miqdarına çatsa, zəkat vacib olur.

ardını oxu
25-07-2025 [email protected]
Salam sualım cavablandırsaz sevinerdim bir söz eşitmişem ki kişi qadına el qaldırırsa vurusa qadın kişiye qayıtmamalıdır olmaz bu ne derecede doğru olar axı qadın döyülsün ama kişiye qayıtmasın ya özünü müdafie etmesin?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
25-07-2025
Salam. Yoldaşımla evlənəndə hicablı deyildim amma namaz qılırdım. Daha sonra öz istəyimlə hicaba keçdim lakin 7 aydan sonra artıq açmaq istəyirəm, lakin fərz olduğunu qəbul edir, digər fərzləri də yerinə yetirirəm. Özüm də hicabım olmasa da sadə və qapalı geyinəcəyimi deyirən.
Cavab:

Və aleykum Salam. Hicab geyinməmək və ya geyindikdən sonra hicabı açmaq böyük günahlardandır və Cəhənnəm əzabına səbəb olan əməllərdəndir. Hicabı açmaq qərarına gəlməyiniz imanın azalmasından irəli gəlir.

ardını oxu
25-07-2025
Salam Aleykum.1)Kisi toy etmek yerine sedeqe vere bilermi? Ya heyvan kesib imkani olmyanalara paylaya bilermi?
Cavab:

Və aleykum Salam. 

ardını oxu
21-07-2025
Salam Aleykum men bildiyime gore namaz qilan insanlar evlenmeden once bir birilerine toxunmaqlari tek qalmaqlari gunahdir.men namaz qilmaga baslayacam ve bilmek isteyiremki sevdiyim adamin elini tutanda yaxud qocaglayib opende o gunah eff olunurmu yoxsa boyuk gunah sayilir
Cavab:

Va aleykum Salam. Kəbin olmadan naməhrəm qızla oğlanın əl-ələ tutmaları, qucaqlaşmaları və ya öpüşmələri zinaya aparan əməllər olduğu üçün böyük günahdır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın.

ardını oxu
21-07-2025
Qidaların tərkibində olan (məsələn: dondurma,yaglar və s.)E471 və ya digər nömrəli maddələr halaldır mi?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Qidalara qatılan qatqı maddələrinin hökmü nədir?
ardını oxu
21-07-2025
Salam. Men her il Imamin 3de halva ehsani verirem. Bu il yaxin qohumunuz “ Aşurada şilə ehsani edek siz də qoşulun” dedi. Bizim isə maddi olaraq hər ikisini etməyə gücümüz catmır deyə “gelin şiləsiz edək çay süfrəsi acaq” təklif etdim. Biz qoşulmadıq deyə şilə hazırlanmadı yalnız halva calınacaq.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:



Məhərrəm ayında yas saxlamaq olarmı?

ardını oxu
21-07-2025 Günay
Salam.Men muselman bir xanimam, basima gelen aile problemlerinden sonra Allahdan uzaqlasmisam.Namazi kimse mene xatirladanda qiliram.Men ozumu nece islah ede bilerem? 2 ci sualim beledir ki, evli oldugum muddetde "er" behane ile yatagi ayirib anasi ile yatirdi.2 il evlilik erefesinde cemi
Cavab:

Və aleykum Salam. 

ardını oxu
21-07-2025 Məhəmməd
Salam Aleykum. Astral səyahət doğrudurmu ?
Cavab:

Və aleykum Salam. “Astral səyahət” — insanın fiziki bədəni yerdə qalaraq, guya ruhunun və ya “astral bədən” adlanan enerjisel formanın kainatda səyahət etməsi inancıdır. Bu anlayış əsasən ezoterik, yeni dövr (New Age) və hind təsəvvürləri ilə bağlıdır.

ardını oxu
19-07-2025
Əssələmu Aleykum. Qadın məhrəmsiz nə qədər yol gedə bilər? Məsələn bakıdan qəbələyə 3 saatlıq yoldur. Və yaxud 1 saatlıq 1 saat yarımlıq məsafə.Bu məsafəni gedib gələ bilərmi? Həmçinin gedib orda qalıb səhər qayıda bilərmi?
Cavab:

Və aleykum Salam. Qadın məhrəmsiz səfərə çıxa bilməz. Səfər isə yaşadığın şəhəri və ya ölkəni tərk etməkdir. Getdiyi yolun zamanından asılı olmayaraq səfər niyyəti ilə Bakıdan çıxan qadın artıq müsafir sayılır və məhrəmsiz getməsi haramdır. Ətraflı oxuyun:

ardını oxu
19-07-2025 İbrahim
Salam Aleykum. Protez dişden istifadə edən şəxs hər dəstəmazda dişləri çıxarıb dəstəmaz almalıdır ? ( Ağızı yaxalamaq üçün)
Cavab:

Və aleykum Salam. Dəstəmaz alarkən ağızda olan protez dişləri çıxarmaq vacib deyil. Yalnız qüsl alarkən əgər asanlqla çıxırsa, çıxarmaq daha məsləhətdir. Əgər çətinlik olarsa, bu halda da çıxarılmaya bilər. 

ardını oxu
19-07-2025
Salam aleykum.Ticaretle meşğul oluram,elimde nağd pul olmadığı üçün sıxıntılarım olur.(ev kirayesi,arenda,işçi pulu ve sair) Mali da borca ala bilmirem,dost-tanışın da borc vermeye imkanı yoxdur. Bu veziyyetde bank biznes kreditlerinden yararlana bilerem?
Cavab:

Və aleykum Salam. Sualda qeyd etdiyiniz səbəblər Bankdan kredit götürməyə əsas vermir. Ətraflı oxuyun:


Kredit götürmək hansı hallarda günah deyil? 

ardını oxu
19-07-2025 Aynur
Əs salamı əleykum Quranı ödənişli keçmək olar həm elm yaymaq üçün hem de halal pul qazanmaq üçün qadın ödənişli dərs keçə bilər
Cavab:

Və aleykum Salam. Bəli, Quranı ödənişli öyrətmək icazəlidir. Həmçinin qadın da qadınlara və uşaqlara ödənişli Quran öyrədə bilər. Ətraflı oxuyun:

ardını oxu
19-07-2025
Salam çox üzür istəyirəm sualıma görə hamiləlikdə dayanmadan xeyli miqdarda olan axıntı qüslu pozurmu dəstnamaz alıram namaz qılarkən belə axıntı oluğun hiss edirəm namazı qılıram amma heç içim rahat deyiyil
Cavab:

Və aleykum Salam. Hamiləlik səbəbindən qadından gələn hər hansı bir axıntı qüslü pozmur. Sadəcə dəstəmaz alıb namazları qılmaq lazımdır. Əgər axıntı arası kəsilmədən gəlirsə, siz üzrlü sayılırsınız.

ardını oxu
18-07-2025 Araz
Assalamu aleykum.qusul alarken ne qeder yer quru qalsa qüsl keçerlidir?
Cavab:

Və aleykum Salam. Qüsl alarkən bədənin heç bir yerində quru yer qalmamalıdır. Ətraflı oxuyun:


Qüsul alarkən bədənin hər yerinə su dəyməlidir?

ardını oxu
18-07-2025 Məhəmməd
Salam Aleykum, protez dişi olan şəxs, dəstəmaz alarkən protezini çıxarmalıdır? Öncədən təşəkkürlər.
Cavab:

Və aleykum Salam. Dəstəmaz alarkən ağızda olan protez dişləri çıxarmaq vacib deyil. Yalnız qüsl alarkən əgər asanlqla çıxırsa, çıxarmaq daha məsləhətdir. Əgər çətinlik olarsa bu halda da çıxarılmaya bilər. 

ardını oxu
18-07-2025
Muta nigahı nedir
Cavab:

Əssələmu aleykum. Mutə nikahı müvəqqəti kəsilən nikahdır. Bu nikah həmçinin siğə də adlanır. Bu növ nikah İslamda haramdır. Siğə barədə ətraflı oxuyun:

ardını oxu
18-07-2025
Salam. İş saatı 6:00 da bitirsə, işdən 5-10 dəq tez çıxmaq günah sayılır?
Cavab:

Və aleykum Salam. İş saatı 6.00 da bitirsə, işçi yalnız müdiriyyətin icazəsi ilə iş yerini tərk edə bilər. Əgər müdiriyyət icazə vermirsə tez çıxmaq icazəli deyil. 

ardını oxu
18-07-2025
Salamaleykum sualım qadınların kişi yazıçılarının yazdığı eserlerini roman ve hekayelerini oxuya bilermi?
Cavab:

Və aleykum Salam. Bəli, qadın kişi yazıçıların (şəriətə müxalif olmayan) roman və hekayələrini oxuya bilər. 

ardını oxu
17-07-2025 .
Salam.Məhərrəm ayının 9cu günü oruc tutdum.Aşura günü isə heyz qanı olduğundan tam əmin olmadığım qan gəldi.Bu halda orucu açmaq düz hərəkətdi?Heyz qanı olsa və ya olmasa hökmü nədir?Qəza etməliyəm?Və bu cür hal məni açığı kədərləndirdi çox istəyirdim tutmağı,bunun günahlarla orucumun qəbul olmaması
Cavab:

Və aleykum Salam. Heyzdən əvvəl gələn qanla bulanıq axıntı heyzdən sayılır. Aşura günü və ondan bir gün əvvəl və ya sonra oruc tutmaq vacib deyi, müstəhəbdir. Odur ki bu orucu tuta bilməyən şəxs onu qəza etmir.

ardını oxu
17-07-2025
Salam.Aşura günü orucunda iftara 2-3 saat qalmış heyz qanı gələrsə oruca təsiri nə olur?Yenidən tutmaq şərtdirmi?
Cavab:

Və aleykum Salam. Oruclu qadın iftardan əvvəl (Məğrib namazından əvvəl) heyz olarsa, o günün orucu pozulur. Aşura orucu müstəhəb olduğu üçün yenidən tutulmur. Lakin bu hal ondan asılı olmadığı üçün niyyətinə görə Uca Allah ona Aşura gününün orucunun savabını yazır. Ətraflı oxuyun:

ardını oxu
17-07-2025
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu Ana qızının evinə qonaq gedir.Qaynana birinci salam verməlidir kürəkənə yoxsa kürəkən birinci salam verməlidir qaynanaya?
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. İlk olaraq yaşca kiçik olanın yaşca böyüyə salam verməsi daha doğrudur. Peyğəmbər ﷺ demişdir: "Kiçik böyüyə, piyada oturana və az sayda olan toplum çox sayda olanlara salam verməlidir". (əl-Buxari, 6231).

ardını oxu
17-07-2025
Əssəlamu Aleykum və Rəhmətullahi və Bərakatu Əlhəmdulillah mən səyahətə gedəcəm İnşəAllah 2 günlük gedəcəm yəni bu az müddətdir mən o zaman namazlarımı 2 rükət qılmalıyam. Namazları birləşdirdiyim zaman 4 rükət olacaq yoxsa 2 rükət
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Uca Allah səfərinizi xeyirli və bərəkətli etsin! 

ardını oxu
17-07-2025
AsSalamu Aleykum ve Rehmetullah ve Beraketuh. Allahın rehmeti ve sevgisi sizinle beraber olsun. Men bilmek isterdim ki muhasibatlıq yeni buxalterlik işlemek ve onu öyrenmek halaldırmı? Egerki kredit, faiz, bank kimi şeyler olmasa ve dövlet işinde işlesem?
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. 


1) Şəriətin haram etdiyi maliyə işləri (kredit, faiz, bank, sığorta və s.) olmadan mühasib işləmək icazəlidir. Həmçinin haram əməliyyatlar olmayan dövlət işində də işləmək icazəlidir. Ətraflı oxuyun:

ardını oxu
14-07-2025 Zeyd
Salam Aleykum. Biz həyətdə qoyun, toyuq saxlayırıq. Həyətdə gəzən anda ayağa qoyun nəcisi və toyuq nəcisi dəyir. Bu halda dəstəmaz pozulurdu? Öncədən təşəkkürlər.
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə bilmək lazımdır ki, əti yeyilən heyvanların (qoyun, toyuq, ördək, inək və s.) ifrazatı (peyini və ya sidiyi) nəcis sayılmır. Odur ki paltara və ya ələ dəydikdə sadəcə yumaq kifayətdir. Hətta  bu halda namaz qılınsa belə namaz səhihdir.

ardını oxu
14-07-2025
Salam Aleykum. Əgər Allahın bütün xəbəri sifətləri həqiqi mənada anlaşılmalıdırsa, o zaman Quranda Allah evi, Allahın dəvəsi deyiləndə necə anlamalıyıq?
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, "Allahın evi" və "Allahın dəvəsi" Allahın sifətləri deyil. Allaha nisbət (aid) edilən hər şey zəruri olaraq onun sifəti deyil. Uca Allaha nisbət edilən sözlər iki qisimdir: 

ardını oxu
14-07-2025 N
Salam, sabah Aşura günüdür, anam deyir ki, sabaha imam Hüseynin(ə) xeyrinə yemək filan edəcəyik. Tortdan yemək məqsədi ilə bişirmək olarmı? Yoxsa bu hörmətsizlik olar. Məqsədimiz sadəcə imam Hüseyni(ə) yad etməkdir. İndidən Təşəkkürlər
Cavab:

Və aleykum Salam. Aşura günü İmam Hüseyni (Allah ondan razı olsun) yad etmək məqsədilə tort və ya yemək bişirmək bidət (dində yenilik) əməldir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
14-07-2025 Aynur
Əs salamı əleykum və rahmətullahi va barəkətuhu.Allah sizlerden razı olsun Mən niqaba kecemek isdeyirem amma anam qoymur ne edim meni niqaba kecemeye qosyun Mən halal iş de işləmək istəyirəm Duz 3 dəfə çıxdıqim yolda bütün qapılar bağlanır ele üzümə .Nə edə bilərəm Qadın üçün başqa hansı hal
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu.

ardını oxu
14-07-2025 Günahkar
Əs Salamu Aleykum. Mən Yoldaşıma xəyanət etmişəm. Nikahlı olandada Sevgili olandada buna görə peşmanam keçmiş sevgilimlə danışmışam yazışma olub sevgicə deyil normal dost kimi.
Cavab:

Və aleykum Salam. Sözsüz ki, evli ola-ola yad kişi ilə danışmaq böyük günahdır və ərə xəyanətdir. İlk növbədə sizə səmimi tövbə etməyi və Allahdan bağışlanma diləməyi tövsiyə edirik. Uca Allah ona tövbə edən qulunu bağışlayır. Həmçinin saleh əməlləri (namaz, oruc, sədəqə, dua və s.) artırın.

ardını oxu
11-07-2025 Aqaa
Lazere getmek olar?uz ucun
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
11-07-2025
Esselemu aleykum. Allah size bereket versin. 1. Cünub halda Quranı yaddaşdan ezber oxumaq olar? (meselen, ayetul kursi ve s.) 2. Bes heiz, nifas hallarında Quranı ezberden ve ya üzünden oxumaq olar? 3.
Cavab:

Və aleykum Salam. 


1) Cunub halda Quran oxumaq olmaz, istər əzbərdən olsun, istər üzdən oxumaqla. İstər kişi olsun, istər qadın. Ətraflı oxuyun:

ardını oxu
11-07-2025
Salam. Menim evvelki evliliyimden kebinim olub. Boşandıqdan sonra talaq oxutdurmamışam. 2-ci defe aile qurmuşam kebinimiz var. Evvelki kebinde talaq oxutdurmamağım günahdır? Ve indiki kebinim düzgün sayılıb?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
11-07-2025 Nazlı..
Salam, Qadın iki qüsl almalıdırsa ikisinədə eyni anda niyyət edə bilərmi? Məsələn, "heyz və cənabət qüslü alıram qürbətən ilallah" Deyə niyyət Edib qüsl almaq düzgündürmü?
ardını oxu
11-07-2025
Salam Aleykum. Övladım ata anası, nənə babası və bir çox yaxın ətrafı ilə düşmən kimi rəftar edir. Qətiyyən bizi görmək istəmir və içkiyə qurşanıb. Çox çətin vəziyyətlə üz üzəyik düşünürəm ki övladıma bəd nəzər və cadu olunub. Onun üçün dua edirəm. Mən nə edə bilərəm Uca Allah onu islah etsin?
Cavab:
ardını oxu
09-07-2025
SALAM Aleykum Kebini olan, kişi ve qadın ( er-arvad) intim mövzulara dair fikir mübadilesi apara bilerlermi ( intim fantaziyalar)
Cavab:

Və aleykum Salam. Kəbini olan kişi və qadın artıq ər-arvad sayılırlar və onların öz aralarında intim mövzuda danışmaları icazəlidir. 

ardını oxu
09-07-2025
Salam. Qadın taksiye minende taksi sürücüsünə salam verə bilər mi?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:



Naməhrəmə salam vermək olarmı?

ardını oxu
09-07-2025 Fuad
Əssəlamun aleykum.gündəlik qılınan zöhr və əsr kimi səssiz namazlarda məsciddə imam arxasında qılınan zaman müvafiq ayələri pıçıldıyaraq deyirik yoxsa ümumiyyətlə səssiz dayanırıq?
Cavab:

Və aleykum Salam. İmamın arxasında qılınan səssiz namazlarda həm əl-Fatihə surəsi həm də ondan sonra oxunan Quran ayələri səssiz pıçıltı ilə deyilir. Ətraflı oxuyun:

ardını oxu

Pages