Ümidsizlikdən, qorxudan və aqressiv fikirlərdən necə qurtula bilərəm?

    05.07.2026
Kimdən: 
Hətəmli Nərgiz
Sual: 
Salam men neçə gündü özümde bir neçə şey müşahidə eləyirəm məsələn sure seslerinden qaciniram xoşum gəlmir cinlerden qorxuram amma özüm həm gülüb həmdə duyğusallaşıram ikisidə bir arada olur aqressiv oluram çox tez yoruluram hemde yuxusuzlugum var her şeyden umudumu üzmüşəm qabağımdaki insanı öldürmek hissi gəlir mənə
Cavab: 

Və aleykum Salam. Allahın izni ilə bu vəziyyət daimi deyil və keçib gedəcək. Şeytan mömini ümidsizliyə salmağa çalışır, lakin mömin Allahın rəhmətindən ümidini kəsməz. Siz ibadətlərinizi qoruyun, səhər-axşam zikrlərini davam etdirin və eyni zamanda həkimə müraciət etməkdən çəkinməyin. Bu da Allahın əmr etdiyi səbəblərə sarılmaqdandır. Sizə gələn narahatedici fikirlər sizi günahkar etmir, əsas odur ki, onlara tabe olmayasınız və onlarla mübarizə aparasınız. Allahdan diləyirik ki, qəlbinizdəki sıxıntını aradan qaldırsın, sizə rahatlıq və tam şəfa nəsib etsin! Həmçinin oxuyun:

Paylaş: