Gecə düşən kimi sıxıntıları olan adama sehr ola bilərmi?
Aleykum salam. Əvvəla qayınananıza Uca Allahdan şəfa diləyirik. Sualda qeyd etdiyiniz hal yaşla əlaqəli xəstəlik də ola bilər. Hər bir halda öncə həkimə müraciət edib bu problemləri tibbi cəhətdən həll etməyə çalışmaq lazımdır. Lakin, eyni zamanda qeyd etdiyiniz hal şeytanın vəsvəsələri də ola bilər. Bu səbəbdən, tibbi müalicə fayda verməsə, şeytandan qorunmaq üçün Quran və hədislərdə gələn zikr və duaları etmək lazımdır. Daha ətraflı:
Vəsvəsələrdən necə qorunmaq olar?
Pis yuxulardan necə qorunmaq olar?
Həmçinin, sualda qayınananızın qorxusunun götürüldüyünü qeyd edirsiniz. Yəqin ki, siz bununla çıldağa getməyi nəzərdə tutursunuz. Bildirmək istəyirik ki, dinimizdə qorxu götürülmə deyilən bir anlayış yoxdur. Bütün qəlbi xəstəliklərin (qorxu, şübhə, və s.) müalicəsi Allahı zikr etməkdir. Uca Allah buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" (ər-Ra'd, 28). Həmçinin oxuyun:
Qorxan adamı çıldaq etmək olar?
Qaranlıq düşən kimi qorxuram...