24-01-2026 Allahın bəndəsi
Əssələmu aleykum və rahmətullah. Atam içki içir və mən namaz qılmaq istəyirəm, duzu bir az deyə deyə azaldıb atam. Ama Allaha yaxınlaşmaq istəyirəm ve bu yola atami da daxil etmək istəyirəm. Anam razıdır baş örtməyə.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabları oxuyun:


Atamı necə başa salım ki, içki içməsin?

ardını oxu
24-01-2026 Türk oğlu
Salam Aleyküm.Azərbaycan da Ramazan bayramı fevralın neçəsi başlayıb Martın neçəsi qutalır Yəni oruc tutmağa nə vaxt başlamaq lazımdır?
Cavab:

Və aleykum Salam. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na Ramazan bayramı isə martın 20-nə təsadüf edəcək.

ardını oxu
20-01-2026
Salam Aleykum, mən yatıram sabah durub görürəmki maye çıxıb ama tez tez olmur həmişədə Sübh Namazına duranda görəmki çıxıb Qüsl ala bilmirəm qəza olur sora Qüsl alıram qılıram Qüsl almağ vacibdi öz özünə çıxıb maye
Cavab:

Və aleykum Salam. Övrət yerindən az miqdarda gələn maye məzi adlanır və buna görə qüsl alınmır. Məzi gəldikdə sadəcə yuyunub dəstəmaz almaq kifayətdir. Ətraflı oxuyun:

ardını oxu
20-01-2026 Rahil
Salam aleykum. Ramazan ayı umre etmek barede peyğanbermiz s.s ne deyib?
Cavab:

Və aleykum Salam. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Ramazan ayı ümrə etmək həccə bərabərdir”. (İbn Məcə, 2993, 3107).

ardını oxu
20-01-2026 Fidan
Salamaleykum suni qadin ile şie kisi aile qura bilermi?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
19-01-2026 .
Yetim kimdir, kim sayılır, neçə yasa qədər yetim sayilir insan?
Cavab:

Əssələmu aleykum. İslam dininə görə yetim həddi-büluğ yaşına çatmamış atası vəfat edən uşaqlar sayılır. Həddi-büluğa çatdıqdan sonra isə yetim sayılmır.

ardını oxu
19-01-2026
Salam aleykum. Men destemaz alarken yel çıxır. Ele olur destemazda çıxmır, namazda çıxır. Ele olur namazda da çıxmır. Ama normalda çox çıxır. Meselen 10 namaz qılıram 6 sında çıxır. Men üzrlü sayılıram? Bu şekilde namaz qılmaq çox çe tindi
Cavab:

Və aleykum Salam. Əgər yel çıxması artıq xəstəlik halını almışsa, siz üzrlü sayılırsınız. Ətraflı oxuyun:


Yel çıxması xəstəlik halını alarsa, namaz batil olurmu?
ardını oxu
19-01-2026 Mətləb
Salam mən yaddaşsızlıqdan əziyət çəkirəm uşaqlıqdan bələyəm.Namaz qılmaq istəyirəm, nəcə edim
Cavab:

Və aleykum Salam. Yaddaşı zəif olan adam namazın sözlərini öyrənənə qədər vərəqdən oxuyaraq namaz qıla bilər. Ətraflı oxuyun:

ardını oxu
19-01-2026
Salam aleykum. Bədən qulluğu məhsulları alarkən ya vegan, ya halal sertifikatlı, ya da türk mənşəli məhsulları alıram (məsələn krem, sabun və s. kimi). Ətir alarkən də halal olmağına diqqət etmək lazımdır mı? Bəzi ətirlərin tərkibində heyvan mənşəli yağlar ola bilər (məsələn donuz).
Cavab:

Va aleykum Salam. Donuz yağı istənilən məhsulun tərkibində nəcis (murdar) sayılır. Odur ki hətta ətir alanda buna diqqət etmək lazımdır. Əgər ətirin tərkibində donuz yağı varsa, ondan istifadə etmək və bu ətir dəyən paltarda namaz qılmaq olmaz. Həmçinin oxuyun:

ardını oxu
19-01-2026
Salam aleykum. İş yerində kimsə sənin "torbanı tikir" və nəticədə işdən azad olursan. Bu qədərdimi? Bu hal olmasaydı, işdə qalaraq fəaliyyətimi davam etdirə bilərdim.
Cavab:

Və aleykum Salam. İnsanın başına gələn müsibətlər və çətinliklər, sözsüz ki, Uca Allahın insana yazdığı qədərdir. Bu hadisələri ya insanın günahlarına görə, ya da bir imtahan olaraq baş verir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
16-01-2026 Toqrul
Əli ibin Əbu talib Ömər ibin Xəttabın qaynatası delil var
Cavab:

Əssələmu aleykum. Tarix və nəsəb alimləri yekdilliklə razılaşmışlar ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) öz qızı Ummu Külsümü Ömər ibn əl-Xattaba (Allah ondan razı olsun) ərə vermişdir. Ummu Külsümün anası isə Peyğəmbərin ﷺ qızı Fatimə (Allah ondan razı olsun) olmuşdur. Tarixçi Yəqubi ö

ardını oxu
16-01-2026
Salam mən namaz qılarkən qabaqda kimsə oturursa və namaz əsnasında hərəkət etsə əlini ayağını oynatsa bunun günahı varmıdır və namazı pozurmu??
Cavab:

Və aleykum Salam.

ardını oxu
16-01-2026 Ayan
Allahin salami olsun bir sual vermek isteyirem menim padruqam elidir kebini var lakin sevgiliside var bilir zina etdiyini amma sevgilisi ile birlikde olmaq isteyir gunahdir bilir amma sevgilisinin ona ehtiyaci var deye onunla kebine girmek isteyir bu dogrudurmu buna icaze vardir qadin iki defe kebin
Cavab:

Və aleykum Salam. Evli qadın başqası ilə heç bir halda kəbin kəsdirə bilməz. Evli qadının başqa kişi ilə münasibəti ərinə xəyanət və zina sayılır. Rəfiqənizə bu əməldən tövbə etməyi tövsiyə edin.

ardını oxu
16-01-2026 Ramil
Salamun aleykum Allah sizə bərəkət versin. El arasında məşhur adət var, uşağa göz dəyər deyib başı üzərindən duz çevirirlər, sonra da həmin duzu oda atırlar, bu nə dərəcədə düzgündür, bu əməl şirk sayıla bilərmi?
Cavab:

Və aleykum Salam. Bəli, bu əməl kişik şirk sayılır. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
16-01-2026
Salam aleykum.deyilir ki secdede dualarınızı çoxaldın.men hemişe ferz namazlarında secdelerde dualarımı Azerbaycanca edirem. Ama deyirler ki bunu nafile namazlarda etmek lazımdır.ferz namazında secdede olan dualar erebce olan duaları etmek lazımdır.
Cavab:

Va aleykum Salam. Bütün namazlarda, istər fərz namazları olsun, istər hafilə, səcdədə azərbaycan dilində dua etmək icazəlidir. Ətraflı oxuyun:

ardını oxu
14-01-2026 Azəri Qardaş
Əssəlamu aleykum mənə deyə bilərsizmi yeni ilə bilmiş yeməklər saba qalıb indi mən onlardan yesəm bayram keçirmiş olarammı yəni bayram keçib sadəcə yemək bayramdan qalıb nə edim
Cavab:

Və aleykum Salam. Qadağan olunan qeyri-islami bayramlar üçün təçkil olunmuş məclislərdə və süfrələrdə oturmaqdır. Növbəti gün bu yeməklərdən yeməkdə bir qəbahət yoxdur. Ətraflı oxuyun:

ardını oxu
14-01-2026 İbrahim
As salamu aleykum.Mələklərin insan üçün bagışlanma diləməsi kiçik günahlar üçündür yoxsa həmdə böyük gunahlar üçündə? Allah razı olsun
Cavab:

Və aleykum Salam. Mələklər əməlisaleh qullar üçün bütün günahlara görə Allahdan bağışlanma diləyirlər. Lakin böyük günahlara görə insan səmimi qəlbdən tövbə etməlidir. Ətraflı oxuyun:

ardını oxu
14-01-2026 Eıvin
Qadin başini baxlamirsa ər nə etmelidi
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Kişi arvadını hicab geyinməyə məcbur edə bilərmi?
ardını oxu
14-01-2026 A
Salam Mənim 21 yaşım var və mənə bir xanım tərəfindən(yuxuda olmayıb bu hadisə, real həyat) əvvəllər atama cadu və ya əməl olunduğu, bununda ilk qız övlad olaraq mənə ötürüldüyünü dedilər Belə münasibət mövzusunda, münasibətlərim yarıda qalacaqmış, sona qədər çatmayacaq yeni belə bir şey.
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, belə xəbəri verənlər yalan danışırlar. Sehrbazların və cadugərlərin adətidir ki, yanlarına sağlam adam gəlsə belə ona "sizə cadu olub" deyirlər və sonra bu cadunu batil etmək üçün onlardan pul tələb edirlər.

ardını oxu
14-01-2026
Mənim 6 aylıq körpəm var onu hər ay pediatr yanına aparıram və ya peyvənd üçün mən onlara hörmət edirəm pul verirəm bəziləri öz dili ilə istəyir bəzisi istəməsədə verirəm bu rüşvət sayılır ?
Cavab:
ardını oxu
13-01-2026 Yusif
Salam aleykum mənum 12 yaşım var.Mənə günah yazılırmı?Və yaxud bilmək istəyirəm ki, mən 15 yaşdan sonra həddi-büluğa çatanda mənə günah yazılır?Ümumiyyətlə oğlan uşaqlarına neçə yaşdan sonra günah yazılır?Zəhmət olmasa.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
13-01-2026
Yeni il dekorları ilə bəzənmiş kafe və restoranlara getmək olarmı? 1 yanvardan sonra belə hələdə dizaynlar yığışdırılmır. Sadəcə yemək yemək üçün yəni xüsusi bir tədbirə qoşulmaq yox.
Cavab:

Əssələmu aleykum. Əgər restoranda yeməklər halaldırsa və içki verilmirsə, dekorların sizə heç bir aidiyyatı yoxdur. 

ardını oxu
13-01-2026 Namazda rukudan qalxanda semiallahu, əllər asagi salinib rabbenaden sonra səcdəyə getmək üçün Allahu Əkbər deyəndə əllər yeniden qaldirilir? Vitrdə 2-də Allahu Ekber deyib ettahiyyatsiz oturub 3-e qalxanda təkrar Allahu Əkbər deyilir? Allah razı olsun
Əssələmu Əleykum.
Cavab:

Və aleykum Salam. Əvvəla Uca Allahdan sizə səbir və dində sabitlik diləyirik!


Dinimizdə qızın evlənmək məqsədilə naməhrəm oğlanla tək qalmamaq şərti ilə görüşməsi və danışması icazəlidir. Evlənmək istədiyiniz oğlana dini yaşamağınıza mane olmamasını şərt qoyun. Həmçinin oxuyun:

ardını oxu
13-01-2026
Biz namaz qılanda müsəlman cinlər bizimlə namaz qılır?
Cavab:

Əssələmu aleykum. Bizə məlum olan budur ki, cinlər də insanlar kimi Allaha ibadət etməkdə mükəlləfdirlər. Onların əməlisaleh olanları da insanlar kimi namaz qılır, oruc tutur və digər ibadətləri yerinə yetirirlər. Lakin insanlarla birlikdə namaz qılmaları barədə məlumat bildirilməyib.

ardını oxu
13-01-2026
Salam aleykum. Valideynim mənim adıma qızıl alıb. Zəkat hesablayarkən həmin qızılı da saymalıyam? Zəkat çıxarmaq üçün qızılı aldıqdan sonra 1 il müddət keçməlidir? Əgər bilmirsənsə nə qədər vaxt keçib necə hesablamaq lazımdı? Allah razı olsun sizdən
Cavab:

Və aleykum Salam. İsitifadə olunan qızıl zinət əşyalarından zəkat çıxarılmır. Zəkat barədə ətraflı oxuyun:

ardını oxu
08-01-2026
Salam aleykum. Bir neçə sualım var idi. Xahiş edirəm cavablandırardız. 1. Mən bəzən namaz vaxtının girməsini dəqiqləşdirmək üçün Əbu bəkr məscidinin saytına, zikr.az, İslam evi saytı və beyt proqramına baxıram. Bu 4 mənbədə hərəsində ola bilir ki, dəqiqələrdə fərq olur.
Cavab:

Və aleykum Salam. Sübh və Məğrib namazlarının vaxtlarını müəyyən etmək üçün təqvimə əsaslanmaq lazımdır. Məscidlər Sübh namazını hənəfi məzhəbinə uyğun verdikləri üçün təqvimdə qeyd olunan vaxtdan gec qılırlar. Odur ki Sübh azanı təqvimdə yazılandan gec verilir.

ardını oxu
08-01-2026 Deniz
Salam menim sevgilim xristian dır mən isə müsəlman dində isə xristian müsəlman evliliyi qadağa olunur ALLAHdan xristian sevgilimi öz istəyi ilə məcburiyyət olmadan müsəlman etməsini israrla dua ilə müxtəlif zikirlərlə etmək düzgündürmü
Cavab:

Və aleykum Salam. Müsəlman qadının qeyri-müsəlman kişi ilə ailə qurması haramdır. Bu barədə ətraflı oxuyun:

ardını oxu
08-01-2026 .....
Əs Sələmu Aleykum İki sualım var 1 Qadınların Dəmirdən Misdən olan bujiteriyaları taxması caizdir? 2 Qadınlar Üzüyü hər barmağına taxa bilər?
Cavab:

Və aleykum Salam. 


1) Qadın dəmir və misdən olan zinət əşyaları taxa bilər. Ətraflı oxuyun:

ardını oxu
08-01-2026 Umm Omar
Salam aleykum.İsa aleyhissalam haqqında cavablar Qurandan dəlil gətirilib.Xristian biri Queana inanmır axı,ona necə dəlil gətirmək olar ki,İsa Allahın peygəmbəri idi.Onun oğlu,ruhu,pzü deyildi?
Cavab:

Və aleykum Salam. İsanın Allahın qulu və elçisi olmasını anlamağa əslində bir az düşünmək kifayət edir. Uca Allah Quranda əqli dəlil gətirərək buyurur: "Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər.

ardını oxu
08-01-2026
Salam aleykum. Havas elmi, əbcəd, cifir və s. kimi batini elmləri öyrənmək istəyirəm. İcazəlidirmi? Bu barədə nə deyə bilərsiz?
Cavab:

Və aleykum Salam. Sualda qeyd etdiyiniz "Əbcəd" elmi - ərəb hərfləri ilə rəqəmləri əlaqələndirən bir elmdir. "Həvas" isə "duyğu orqanları" deməkdir. Bu elmləri düzgün və halal məqsədlər üçün öyrənməkdə bir qəbahət yoxdur. Lakin əgər bu elmlər qeybi bilmək və s.

ardını oxu
05-01-2026
Salam aleykum. sualım odur ki, bəzən ağlıma kufr dolu fikirlər gəlir. lakin ayırd edəmmirəm ki, bu şeytanın vəsvəsəsidir, yoxsa mənim öz nəfsimdən? Vəsvəsə olub-olmadığını necə anlaya bilərəm? Və bu halda nə etməliyəm?
Cavab:

Və aleykum Salam. Hər bir halda pis fikirlər şeytandan olur. Əgər insan bu fikirləri qəlbən inkar edirsə, demək ki, bu şeytandandır. Ətraflı oxuyun:

ardını oxu
05-01-2026
Peygemberin qizi hemise dua ederdi. 34, 33, 33 saylarda ardicil. Men bu duani gun erzinde etsem hansi savabini gore bilerem? Yeni hedislerde meslehet gorulur ki yatmazdan evvel ve ya namazin sonunda. Amma men namaz qilmiram.
Cavab:

Əssələmu aleykum. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yatağa girərkən 33 dəfə Subhən-Allah, 33 dəfə Əlhəmdulilləh, 34 dəfə Allahu Əkbər zikrini deməyi buyururb.

ardını oxu
05-01-2026 Humeyra
Bir insan hər nədənsə qorxursa o qorxu getməsin üçün kiminsə yanına gedib qorxunu çıxarmaq Hökmü nədir icazəlidirmi.?
Cavab:

Əssələmu aleykum. İslamda qorxunu çıxartmaq deyilən bir anlayış yoxdur. Ətraflı oxuyun:

ardını oxu
05-01-2026 Amil
Salam istimnayi el ile boşalmayi necə tərgitmək olar?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Masturbasiyanı necə tərgitmək olar?

ardını oxu
05-01-2026
Salam men defelerle tovbe edim pozmusa. Ama cox pesmanam isdemeyerekden olur seytana uyurdum ozumu cox pis hesap edirdim bu ne detecede gunahdir mene ne edim bilmirem artiq yorulmusam isdeyirem seytandan vesveseden takintidan uxaq olum komek edin mene
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
03-01-2026 A
Əs Salamu Alekum.Biz nişanlıyıq.Yaxın zamanda İnşAllah toyumuz olacaq.Yoldaşım və mən islamdayıq çox şükür.Lakin onun ailəsi İslama qarşıdılar.(Namaz və hicabı) onlar üçün boşdur.Əstağfurullah.Lakin Mən hicaba keçib islamı şəkildə ailəmi qurmaq istəyirəm.Yoldaşımda bunu istəyir.Saqqala belə söz edir
Cavab:

Və aleykum Salam. Hicab geyinmək həddi-büluğa çatmış hər bir qadına vacibdir. Bu məsələdə insanların nə deyəcəyini nəzərə almaq olmaz. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir".

ardını oxu
03-01-2026
Salam 12 yaşda namaz qılmağın səvabı var? Bəzi insanlar deyirlərki On dörd yaşdan aşağı insanlarda səvabı olmur, qəza olmur. Zəhmət olmasa cavablandırarsız.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
03-01-2026
Salam aleykum bazara girərkən oxunan duanı marketə girəndə də oxumaq olar?
Cavab:

Və aleykum Salam. Bəli, bazara gorərkən edilən duanı marketlərə girərkən də oxumaq olar. Həmçinin oxuyun:


Bazara daxil olarkən oxunan dua
ardını oxu
03-01-2026 Nurane
Salam Aleykum ailem dagilir sebebi yoldasimdi mulke gore ailesi dahildr Yoldasimin yasli evlrnmemis xalasi var ata evinde qalir bz teze aile qiranda bizr ora gonderdiler ki yasayin 3il yasadiq axir vaxt qadin bizi deyir gedin evden sze ev veren deyilem yoldasimda el cekmir evden eve gore yuvasi da
Cavab:

Və aleykum Salam. Uca Allah sizi tezliklə bu çətinlikdən rahatlığa çıxarsın!

ardını oxu
03-01-2026
Assalamu aleykum. Qaynanam deyirki dua ilə ömrümüzü uzada bilərik.amma mənim bildiyimə görə doğulduğumuz gün bizim ölüm günümüz alnımıza yazılır və bunu Allahdan bşqa heçkim dəyişdirə bilməz. Sadəcə biz dua ilə ömrümüzün uzun,bərəkətli savablarla dolu keçməyi üçün dua etməliyik. Mən düzmü deyirəm?
Cavab:

Və aleykum Salam. Ölüm və əcəl Allahın qəzası və qədərindəndir. Uca Allah bunu, məxluqatı yaratmazdan əlli min il əvvəl, Öz dərgahında olan Lövhi-Məhfuzda yazmışdır. Buna görə də onda heç bir dəyişiklik olmaz.

ardını oxu
29-12-2025
Visionboard hazırlamaq günahdırmı?
Cavab:

Əssələmu aleykum. "Vision board" - insanın arzularını və hədəflərini göz önündə saxlamaq, çatmaq istədiyi nailiyyətləri xatırlatmaq üçün hazırladığı şəkil və yazılardan ibarət lövhədir.

ardını oxu
29-12-2025
Sinifdə dua,zikr,salavat etmək olar?
Cavab:

Və aleykum Salam. Dua, zikr və salavatı (natəmiz yerlər istisna olmaqla) istənilən vaxt və istənilən yerdə etmək icazəlidir. Aişə (Allah ondan razı olsun) belə demişdir: "Peyğəm­bər ﷺ hər bir halın­da Allahı zikr edərdi". Ətraflı oxuyun:

ardını oxu
29-12-2025
Salamaleykum.içən adamın kəsdiyi qurban, əqiqə qəbul olurmu? Mən və uşaqlarım Allahın Əmrlərinə əməl eliyirik namaz, hicab, oruc, sədəqə və sair.Yoldaşım içki içir,ancaq səqə verir,ramazanda oruc tutur, bizə də heç vaxtı dinə əməl eləməyimizə mane olmuyub.
Cavab:

Və aleykum Salam. İçki içmək böyük günah olsa da insanı dindən çıxarmır. Xüsusən də əgər insan sədəqə verir, Ramazanda oruc tutursa, demək ki bu insanda iman var. Əgər onun qazancı halal qazancdırsa, onun pulu ilə kəsilən əqiq qurbanı səhih sayılır. Həmçinin oxuyun:

ardını oxu
29-12-2025 Aygün
İyun ayının doqquzu qızımın toyu günü anam rəhmətə getdi iyulun 9 ağlum22 yaş avtoqəzada rəhmətə getdi bunun səbəbi nə isə ola bilərmi birdə qızım deyir mən hrç vaxt tam sevinə bilmirəm həmişə yaxşı nəsə olanda pis nəsə baş verir bilməy istiyərdim bunun nəsə dinən anlamı səbəbi mənası varmı
Cavab:

Əssələmu aleykum. Mömin insanın həyatında həm sevindirici xoş günləri, həm də çətinliklər və sıxıntılı günlər olur. Uca Allah bununla qullarını imtahan edir.

ardını oxu
29-12-2025 Murad
As salamu aleykum va rəhmətullah islam dinində mövlüd kecirmek deye bir sey varmı bu bidətdirmi mövludda iştirak etmək doğrudurmu xahiş edirəm fəlil və mənbələrlə cavab verin. İndidən təşəkkürlər
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Peyğəmbərin mövlud gününü qeyd etmək doğrudurmu?
ardını oxu
27-12-2025 Ceyhun
Əs Salamu aleykum. Fussilət 30-33 transkripsiyasını yazın zəhmət olmasa. Bilirəm uyğun gəlmir ancaq öyrənmək istəyirəm.Allah razı olsun salam aleykum.
Cavab:

Və aleykum Salam. Quranı əzbərləmək istəyən onu ərəb dilində düzgün oxuyub əzbərləməlidir. Transkripsiya ilə Quran ayələrini əzbərləmək doğru deyil. Çünki ərəb dilində bir çox hərflərin tələffüzünün qarşılığı azərbaycan dilində yoxdur. Odur ki çalışın ərəb dilində Quranı oxumağı öyrənin.

ardını oxu
27-12-2025
Əssalamu aleykum. Zehmet olmasa soylerdiz. Sure 51,aye 47 " Biz göyü ellerle bina etdik" Quran tercumelerinde Elleri qudret kimi tercume edirler. Bu ayedeki elleri qudret kimi basa dusmeliyik yoxsa eller kimi basa duşmeliyik?
Cavab:

Və aleykum Salam. əz-Zariyat surəsi 47-ci ayədə keçən أَيْدٌ (əydun) sözü "güc", "qüvvət" deməkdir. "Əl" sözünün cəmi olan أَيْدِ (əydin) sözü isə zahirən bu sözə oxşasa da tam fərqli bir sözdür. 

ardını oxu
27-12-2025 .....
Bədən şəkilləndirmə əməliyyatı icazəlidir? Bədəndən çıxan yağı sinə vəya qadının arxa hissəsinə qoydurması olar? Bu əməliyyatları etdirmek günahdı? Əgər qadının həyat yoldaşı ondan tələb edirsə etdirə bilər?
Cavab:

Əssələmu aleykum. Verdiyiniz sual estetik əməliyyatların şəriət hökmü haqqındadır. İslamda estetik əməliyyatın hökmü barədə ətraflı oxuyun:

ardını oxu
27-12-2025
Salam Aleykum. Bildiyimiz kimi kişilərin övrəti dizdən göbəyə qədərdi. Bunlar ancaq naməhrəmlərin (qadınların) yanında belədir ya kişilər olsa belə? Məsələn futbolda və ya məşqdə yalnız kişilər olduğu yerlərdə dizdən yuxarı olan şortik filan geyinmək icazəlidirmi?
Cavab:

Və aleykum Salam. Kişinin övrəti həm kişilər yanında, həm də naməhrəmlər yanında, dizlə köbək arasıdır. Odur ki kişilərə futbolda və ya məşqdə yalnız kişilər olduğu yerlərdə dizdən yuxarı olan şortik geyinmək icazəli deyil. Ətraflı oxuyun:

ardını oxu
27-12-2025
Salam əleykum əllərini şakıldadmaq günahdı?
Cavab:

Və aleykum Salam. Barmaqları şaqqıldatmaq namazda bəyənilmir. Adi hallarda isə qadağan deyil. Çünki belə etmək həm namaz qılanın özünü yayındırır, həm də digər namaz qılanları narahat edir. Bir çox alimlər namazda barmaqları şaqqıldatmağı artıq hərəkət adlandırmışlar.

ardını oxu

Pages