Namazı tərk etmişdim, yenidən başlasam, Allah bağışlayarmı?

    07.10.2014
Kimdən: 
afat
Sual: 
salam men qiz vaxdi namaz qilirdim sora aile qurdum toyum vaxdi namazimi dayandirdim 1il yarimdiki namazimi dayandirmisdim yeniden baslamaq isdeyirem allah qeza eladiyim namazlari qilsam bagislaycaqmi ama men bilmirdim namazi qeza elamak cox gunahdi men cox qorxuram tovbe edib namaza baslasam allah gunahlarimi bagislayacaqmi xais edirem mene basa saalin men bu qorxudan xilas olmaq isdiyrem yuxularimdada ele qiyametin oldugunu gorurem ve kelmeyi sehadetimi oxuyuram yuxumda nece qilmaliyam namazlarimi
Cavab: 

Aleykum salam. Namaz qılmamaq və ya namazı tərk etmək böyük günahdır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
Amma Rəbbimiz bəndələrinə qarşı çox mehriban və bağışlayandır və O, tövbə edənlərin tövbəsini qəbul edir. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Tövbə edəndən sonra buraxdığınız illərin qəzasını qılmağa ehtiyac yoxdur, amma bundan sonrakı namazlarınıza ciddi riayət edin, möminlərlə oturub-durun, dini biliklərinizi artırın - kitablar oxuyun və dərslərə qulaq asın, həmçinin Allahı çox zikr edin. Daha ətraflı: Buraxdığım illərin qəza namazları qılınmalıdırmı?
Həmçinin oxuyun: Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?

Teqlər: 
Paylaş: