Pis fikirlərdən necə qorunmalıyıq?

    07.07.2014
Kimdən: 
Baxış
Sual: 
Salam men yaxşılıq etmeyi sevirem ve hemiş yaxşılıq etmeyide bacarmışam indi bilmek isdeyirem ki menim axlıma hemişe pis pis fikirler gelir herşeye qarşı pis fikirler gelir sanki icimden kimse mene deyir ki get pis işler gör günahlı işler gör amma men buna fikir vermirem nece dim ki bufikirler axlıma gelmesin ümumiyetle bu şeytan işi ola biler insan axlına girim pis fikirler pis işler gördürmeye bacarsın
Cavab: 

Aleykum salam. Bilin ki, insanın beyninə gələn və ya onu əhatə edən pis fikirlər, hisslər əmələ keçmədikcə inşallah insana günah yazılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir. İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəlib belə dedi: "Ey Allahın elçisi, həqiqətən, qəlbimizdə elə bir şey hiss edirik ki, yanıb kül olmağımız onu danışmaqdan bizə daha xoşdur". O (salləllahu aleyhi və səlləm) buyurdu: "Allahu Əkbər! Şeytanın işini vəsvəsəyə çevirən Allaha həmd olsun!" (İbn Hibban, 147).
Həmçinin Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Həqiqətən, sizdən birinizə şeytan gəlib vəsvəsə edir: "Səni kim yaradıb? "O da: "Allah!" - deyir. (Sonra şeytan belə vəsvəsə edir): "Bəs Allahı kim yaradıb?" Sizdən biriniz bunu özündə hiss etdikdə: "Əməntu billəhi və rusulihi - Allaha və peyğəmbərlərinə iman etdim" - desin. Həqiqətən, belə demək, vəsvəsini ondan uzaqlaşdırar". (Əhməd; əl-Əlbəni, "Sahih ət-Tərğib va ət-Tərhib" kitabında (1610) səhih olaraq təsnif etmişdir). Hədisdən də göründüyü kimi pis fikirlər şeytandandır. İnsan bu fikirlərə əməl etmədikcə heç bir günah qazanmır. Ona görə də ağıla pis fikirlər gələndə bilmək lazımdır ki, bu fikirlər insanın özündən deyil, şeytandandır və bu fikirlərlə mübarizə etmək yox, sadəcə əhəmiyyət verməmək lazımdır. Həmçinin bundan xilas olmaq üçün Allaha və dinə aid bütün pis fikirlərin şeytandan gələn vəsvəsə olduğunu bilməkdir. Şeytandan gələn pis fikirləri ürəkdən çıxartmaq lazım deyil. Çünki bu fikirlər qıraqdan gəlir və sizin ürəyinizə bunun heç bir aidiyyatı yoxdur. Bunun əlacı odur ki, bu fikirləri özünüzdən hesab etməyin, fikirlərə qarşı mübarizə aparıb onları çıxartmağa çalışmayın, sadəcə olaraq heç bir əhəmiyyət verməyin. Bilin ki, insanın ürəyinə gələn fikirlərə görə insan heç bir məsuliyyət daşımır. Həmçinin oxuyun:
Şeytanın vəsvəsələrindən necə xilas olmaq olar?
İmanda şəkkə düşənin duası

Paylaş: