Şeytanın vəsvəsələrindən necə xilas olmaq olar?

    07.08.2015
Sual: 
Salammm..Seyatinin vesveselerinden nece azad olmaq olar?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın! ("Əuuzu billəəhi minəş-şeytaanir-raciim" sözlərini de!) Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).
Vəsvəsədən qorunmaq üçün Allahı çox zikr etmək və vəsvəsəyə fikir verməmək lazımdır, çünki vəsvəsəyə fikir verdikcə çoxalır. Əslində isə şeytanın vəsvəsələri özü kimi zəifdir: "...Şübhəsiz ki, şeytanın hiyləsi (vəsvəsəsi) zəifdir!" (ən-Nisə, 76).
"Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir". (ən-Nəhl, 99-100). Həmçinin ouxyun:
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
Şeytandan qorunmaq üçün dua varmı?

Müsəlmanın qalası (gündəlik dualar və zikrlər) kitabçası

Həmçinin Səhər və axşam zikrləri oxuyun!
 

Teqlər: 
Paylaş: