46. Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua

«Ondan Allaha sığınmaq».[1]
«Azan vermək».[2]
«Şəriətə müvafiq zikrlər etmək və Qu­ran oxumaq».[3]

 
[1] Əbu Davud, 1/206; ət-Tirmizi. Bax: «Səhihu-t-Tirmizi», 1/77 və «əl-Muminun», 98-99.
[2] Muslim, 1/291;  əl-Buxari, 1/151.
[3] Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Evlərinizi qəbi­ristanlığa çevirməyin. Şübhəsiz ki, şeytan “əl-Bəqərə” surəsi oxunan evdən qaçar!» Muslim rəvayət etmişdir, 1/539. =        = Həmçinin səhər və axşam zikrləri, yuxudan oyanarkən və yatağa girərkən oxunan zikrlər, evə girərkən və evdən çıxar­kən edilən zikrlər, məscidə girərkən və məsciddən çıxarkən edilən zikrlər və başqa bu kimi şəriətə uyğun zikrlər, habelə yatmazdan əvvəl Kursi ayəsini və əl-Bəqərə surəsinin axır iki ayəsini oxumaq, yüz dəfə “Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir!” demək, – onun üçün gün ərzində şeytandan qoruyucu olar – azan vermək şeytanı uzaqlaşdırar.