Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?

    11.07.2014
Kimdən: 
resad
Sual: 
Oglan usaqlari nece yasdan namaz qilmalidir?
Cavab: 

Salam aleykum. Namaz qılmaq həddi-büluğ çağına çatmış və ağlı başında olan hər bir müsəlman kişi və qadına vacibdir. İnsan yetkinlik yaşına çatdığı gündən vacib ibadətlərini yerinə yetirməli, o cümlədən, namaz qılmalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Davud, 4380).
Həddi-büluğ dövrü oğlan uşaqlarının ihtilam olduqları (pollusiya), qız uşaqlarının isə heyz (aybaşı) olmağa başladıqları vaxtdır. Həmçinin, Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın". (Əbu Davud, 495).
Həmçinin oxuyun: Övladlarımızı namaza necə həvəsləndirək?
 

Teqlər: 
Paylaş: