Cadudan necə qorunmaq olar?

    18.12.2013
Sual: 
Salam aleykum. Mene cadu olunub ve tapmişamda. Men ozumu emelden nece qoruya bilerem? Yeni necə batil eləmək olar?
Cavab: 

Aleykum salam. Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Allaha sığınmaq, Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:

  • Namaz qılmaq, həmçinin Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi)
  • Günahları tərk edərək onlardan tövbə etmək
  • Qurani-kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, şeytan Bəqərə surəsi oxunan evdən qaçar" (Muslim). Bu zaman heç bir vəsvəsə, qorxu və s. şeylərə fikir verməyərək bunu dayandırmamaq. Evdə oxutmaq üçün bəzi mp3-lər:
  • Çoxlu zikr etmək. Uca Allah buyurur. "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Buraya "əuzu billəhi minəş-şeytani racim" demək, səhər və axşam zikrləri, yeməkdən əvvəl və sonra, evdən çıxarkən və evə girərkən edilən zikrlər, namazlardan sonra Ayətul-kursi, İxlas, Fələq, Nas surələri oxumaq, yatmazdan əvvəl edilən və digər zikrlər daxildir. Daha ətraflı:  Müsəlmanın qalası
  • Yuxuda şeytanın vəsvəsəsindən qorunmaq üçün yatmazdan qabaq zikrlər etmək. Peyğəmbər demişdir: "kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz". Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?
  • Dini öyrənməyə vaxt ayırmaq. İlk növbədə Quranın mənaca tərcüməsini, səhih hədislər və onlara əsaslanan kitabları oxumaq
  • Bal, qara çörək otu (qara zirə), zəm-zəm suyu, zeytun yağı kimi buyurulan təbii ləvazimatlar istifadə etmək
  • Əgər cadu olunmuş insanın halı pisdirsə, ona ruqyə edilə bilər. Daha ətraflı:

Cadudan qorunmaq üçün falçı yanına getmək böyük günahdır! Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir”. (Tirmizi).
Cadudan xilas olmaq üçün cadunun yerini tapmaq vacib deyil. Cadu tapılıbsa, suya İxlas, Fələq, Nas, Ayətul-kursi və digər Quran ayələrini oxuyaraq cadunu ora atmaq, quruduqdan sonra isə yandırmaq lazımdır.

Teqlər: 
Paylaş: