İstərdim yoldaşım məni çox sevsin, bunun üçün bir dua varmı?

    07.03.2015
Sual: 
salam mən isterdim yoldasım məni çox sevməsi için dua varmı
Cavab: 
Aleykum salam. Siz Allahın sevgisini qazanmağa çalışın, çünki Uca Allah bir qulunu sevdiyi zaman insanlara da onu sevdirir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah bir qulunu sevdiyi zaman Cəbrailə: "Allah filankəsi sevir, sən də onu sev!" - deyə buyu­rur, Cəb­rail də həmin adamı sevir. Sonra Cəbrail səma əhlinə xitab edib: "Allah filankəsi sevir, siz də onu sevin!" - deyir, səma əhli də onu sevir. Daha sonra yer üzərində olanlar da ona rəğbət bəslə­məyə başlayırlar". (Səhih əl-Buxari, 3209).
Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) qüdsi hədislərin birində xəbər verir ki, Uca Allah belə buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (Səhih əl-Buxari, 6502). Uca Allah buyurur: "İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq". (Məryəm, 96). Daha ətraflı:
Ərim mənimlə maraqlanmır, nə edim?
Allah kimləri sevir?
Teqlər: 
Paylaş: