Qadınlar qüsl alanda saçlar nə dərəcədə islanmalıdır?

    31.12.2014
Kimdən: 
Ummu Fatimə
Sual: 
Salam aleykum. Qadınlar qüsl alanda saçlar; nə dərəcədə islanmalıdır?
Cavab: 

Aleykum salam. Cənabət (cinsi əlaqədən sonra) qüslu aldıqda bütün bədənə, eləcə də saçların dibinə su dəyməsi vacibdir. Lakin saçlarını hörən qadınlara cənabət qüslü alarkən saçlarını açması vacib deyildir. Amma heyzdən və nifasdan (doğuşdan sonra) təmizlənəndə isə saçını açması vacibdir. Cənabət qüslü tez-tez təkrarlandığından və hər dəfə hörükləri açmağın məşəqqətli olmasından dolayı, hörükləri açmadan cənabət qüslü etməyə rüsxət verilmişdir. Heyz qüslü isə ayda bir dəfə olduğundan bu rüxsət ona aid edilməmişdir. Həmçinin, bu rüsxət saçlarını hörəın və cunub olarkən saçları hörüklü vəziyyətdə olan qadınlara aiddir, saçlarını hörməyən və ya cunub ikən saçları hörüklü olmayan qadınlar isə qüsl edərkən saçlarının dibini islatmalıdırlar. Ummu Sələmə (Allah ondan razı olsun), Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Ey Allahın elçisi, mən saçlarımı hörürəm. Cənabət qüslü edəndə hörüklərimi açımmı? Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Xeyr. Başına üç dəfə, sonra bədəninin qalan hissəsinə su töküb təmizlənməyin kifayətdir". (Səhih Muslim, 330; Əbu Davud, 648; ən-Nəsai, 131; ət-Tirmizi, 105; İbn Macəh, 603). 

Paylaş: