Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?

    23.01.2014
Sual: 
Salam aleykum. Namaz qilan qadin ve ya kishi xarici mahni (disko ritmli) mahni oynaya biler?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlara öz aralarında dəf çalaraq oxumağa və oynamağa, həmçinin qadının öz əri üçün rəqs etməsinə icazə vermişdir. Digər hallarda isə musiqini və rəqsi qadağan etmişdir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "İki sərsəm və haram səsdən çəkindirildim: Musiqi anındakı səs və müsibət anındakı səs (ölüyə ağlama və ya musiqi üçün yüksək səslə bağırıb-çağırmaq)". ("ər-Durrul-Mənsur" kitabı, 5/160).
"Ümmətimdə yerlə bir olmaq, daş yağması, və yer üzündən silinmək olacaqdır. Nə zaman? - deyə soruşuldu. "Çalğı alətləri zühur edib içkilərin bol içildiyi zaman" - dedi. ("əd-Durrul-Mənsur", 2/324
).
Uca Allah buyurur: "Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!" (əl-İsra, 64).
"İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir." (Loğman, 6). Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri İbn Abbas, Mucahid (Allah onlardan razı olsun) və digərləri bu ayələrdə "səsinlə yerindən oynat" və "boş-boş sözlər" deyildikdə musiqinin nəzərdə tutulduğunu demişlər.
Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) buyurmuşdur: "Ümmətimdən elə insanlar olacaqdır ki, ipəyi, içkini və musiqini halal görəcəklər". (əl-Buxari, 5590).
Bu hədis də Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə musiqinin haram olmasına dəlildir.

Teqlər: 
Paylaş: