Bir insanı günahdan necə çəkindirmək olar?

    26.10.2015
Kimdən: 
ayla
Sual: 
bir insanı pis xüsusiyyətdən necə uzaqlaşdıra bilərəm?
Cavab: 

Salam aleykum. İnsanı pis xüsusiyyətlərdən çəkindirmək üçün çəkindirən insanın özü gərək əməlisaleh insan olsun. Yaxşı əməlləri tövsiyə edib pis əməllərdən çəkindirən kəs bu üç xüsusiyyətə malik olmalıdır. Birincisi, tövsiyə etdiyinə özü əməl etsin və qadağan etdiyindən özü də uzaq olsun. İkincisi, tövsiyə və qadağalarında ədalətə riayət etsin. Üçüncüsü, tövsiyə və qadağalarında mülayimlik yolunu seçsin. Uca Allah buyurur: "And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr surəsi). Yəni, yalnız bu dörd sifətə yiyələnən insan zərərdən çıxa və xeyrə nail ola bilər.
1. İman gətirmək. 2. Yaxşı əməllər etmək. 3. Dəvət etmək, haqqı çatdırmaq. 4. Səbr etmək.
Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz pis iş (günah) gördükdə əli ilə düzəltsin! Ona qadir olmasa dili ilə düzəltsin! Ona da qadir olmasa, qəlbi ilə nifrət etsin, bu da imanın ən zəif dərəcəsidir". (Muslim). Həmçinin oxuyun:
İslamda, haqqa dəvət necə aparılmalıdır?
Günahlardan çəkinmək üçün nə etmək lazımdır?

Paylaş: