İşdə şərait olmadığı üçün bəzi namazları qəza edərək evdə qılmaq olarmı?

    21.03.2015
Kimdən: 
mmm
Sual: 
Salam! mən zöhür namazı vaxt işdə oluram. Şərait yoxdur namaz qılam. Evə gedəndə qəzasını qılıram . Bu günahdı? Bir də Əsr namazina evə çotiram , birinci əsr namazini qılıb sonra isə Zöhur namazinin qəzasini qılıram. Xahiş edirəm mənə cavab yazin düzgün qaydani
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır". (əl-Munafiqun, 9).
"O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir". (ən-Nur, 37-38)
.
İşdə şərait və vaxt tapmağa çalışmaq lazımdır. Allah bunu çox istəyənlərə nəsib edir. Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər". (ət-Talaq, 2).
Yalnız zərurət hallarında zöhr namazı ilə əsr namazını, həmçinin məğrib namazı ilə işa namazını birləşdirməyə icazə verilir. İki namazı birləşdirərkən hər hansı birinin vaxtında qılmaq olar. Zərurət hallarına isə səfərdə olmaq, xəstəlik, təxirəsalınmaz iş -- məsələn, həkimin xəstəni əməliyyat etməsi və ya tələbənin imtahan verməsi və s. daxildir. Ona görə də, namaz qılmağa şərait tapmağa cəhd edin, alınmasa, namazları birləşdirə bilərsiniz. Nəzərə alın ki, yalnız yuxarıda deyilən namazları birləşdirmək olar, bütün namazları birləşdirib birdən qılmaq olmaz. Həmçinin daimi olaraq namazları birləşdirmək olmaz, imkan yaranan kimi, hər namazı öz vaxtında qılmaq lazımdır. Namaz qılmağa şərait yoxdursa, oturaraq qılmaq icazəlidir.

Teqlər: 
Paylaş: