Möhürlə namaz qılmaq olarmı?

    05.01.2014
Sual: 
Salam aleykum. Namazi mohurle qilmaq olarmi?
Cavab: 

Və aleykum Salam. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və onun əhli-beytinin yolu ilə getmək hər bir müsəlmana vacibdir. Amma nə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), nə onun əhli-beyti, nə də onların davamçılarının heç biri möhürlə namaz qılmayıblar və ya yanlarında torpaq gəzdirməyiblər. Bu məlumatlar uydurmadır, Quranda, səhih hədislərdə belə məlumat yoxdur. Quran və səhih hədislərdə olmayan şeyi dinə salmaq (bidət) isə böyük günahdır. Namazda əsas şərt paltarın, bədənin və namaz qılınan yerin təmiz olmasıdır. Uca Allah buyurur: "... Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir". (əl-Həşr, 7). "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31). Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Hər bir bidət (dində yenilik) zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (İmam Əhməd, 1/435). Həmçinin, demişdir: "Mənim necə namaz qıldığımı gö­rür­­­­­­­­sünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631). Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mənə, paltarın (ətəyi­ni) və saçı yığmadan yeddi əza – alın, əllər, dizlər və ayaq barmaqlarının ucları üzə­rinə səcdə etmək əmr edilmişdi". (Peyğəmbər - Ona və ailəsinə Allahın salavatı və salamı olsun - alın deyəndə) burnuna da işarə etdi". (əl-Buxari, 812). Bu da dəlalət edir ki, səcdə etdikdə alınla bərabər burun da yerə dəyməlidir. Möhürlə namaz qılanda isə burun yerə dəymir. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) torpağa səcdə etməsi fikrinə gəlincə, yuxarıda deyildiyi kimi səcdə zamanı tək alın yox, əllər, dizlər və ayaq barmaqları də yerə dəyir. O zaman biz yalnız torpaq üstündə namaz qılmalı olardıq. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) isə belə bir əmr verməmişdir. Üstəlik Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) təkcə torpağın üstündə yox, digər şeylərin də, məsələn, həsirin də üstündə namaz qılmışdır. Namazda möhür qoyma kiçik kütlə insanlar şəklində İmam Hüseynin (Allah ondan razı olsun) şəhid olunmasından sonra onun qanı bulaşdığı torpaqları qəsd edərək torpaqdan düzəldilib namaza salınıb. Kütləvi şəkildə isə Səfəvilərin vaxtında 1500-cü ildən sonra indiki İraqın bir hissəsi, İran, Azərbaycan ərazilərində güc hesabına yayılmağa başlamışdır. Həmçinin oxuyun:
Bidət nədir?
Namazı möhürlə, yoxsa möhürsüz qılım?
 

Teqlər: 
Paylaş: