Səfər namazı necə qılınır?

    22.03.2014
Sual: 
Salam aleykum. Müsafir namazi nece qilinir ve harada (mektebde, qonshuda ve s.olar?) ve qezasi nece olur?
Cavab: 

Va aleykumus-Sələm. Müsafir namazı səfərə çıxan adamın qıldığı namazlara deyilir. Səfərə çıxan adam namazlarını qısaldır. Dörd rükətli namazlar (zöhr, əsr, işa) iki rükət qılınır, sübh və məğrib namazları isə olduğu kimi qalır. Sünnətlərdən sübh namazının iki rükət sünnətini və vitr namazını da qılmaq olar. Səfərdə olarkən namazları birləşdirmək də olar. Məsələn, zöhr namazını iki rükət qıldıqdan sonra, dərhal ardınca iqamə verib əsr namazını da qılmaq olar, eyni qaydada məğrib və işa namazları da birləşdirilə bilər. Zöhrlə Əsr namazını Zöhrün əvvəl vaxtından Əsrin axır vaxtınadək, Məğriblə də İşa namazını Məğribin əvvəl vax­tın­dan İşanın axır vaxtınadək istənilən vaxtda qılmaq olar.
Aişə (Allah ondan razı olsun) deyir: "Səfərdə və evdə iki rükət qılınan namazlar fərz edildi, səfərdə qılınan namazlar təsdiq olun­du, evdə qılınan namazlara isə (bir və ya iki rükət) əlavə olun­du". (əl-Buxari, 350; Muslim, 1568).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfərdə qısaldılan namazlar haqda soruşulduqda belə cavab vermişdi: "Bu Allahın sizə verdiyi bir sədəqədir, Allahın sədəqəsini qəbul edin!" (Muslim, 686).
Bilərəkdən namazı uzun qılmaq (iki əvəzinə dörd rükət) bəyənilmir. İmamın ar­xasında namaz qılan müsafir isə imama tabe olaraq namazını tam qılmalıdır. Abdullah ibn Abbas (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfərdə olduğu müddətdə Zöhrlə Əsr namazını, Məğriblə də İşa namazını cəm edərdi. (əl-Buxari, 1107).
İbn Abbas (Allah onlardan razı olsun) buyurur: "Uca Allah namazı peyğəmbərimizin dili ilə dört rükət, səfərdə isə iki rükət fərz etmişdir". (Muslim, 687).
Gedəcəyiniz yerdə şərait və vaxt varsa, lakin az bir müddət qalacaqsınızsa, namazların hər birini öz vaxtında, amma qısaldaraq qılmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Mədinədə yaşadığı halda Məkkəyə gəldikdə 19 gün qalmış və namazları qısaltmışdır. Səfərdə uzun müddət qalacağınız təqdirdə isə vaxt və şərait varsa, namazların tam qılmaq daha düzgündür. 

Teqlər: 
Paylaş: