Son suallar

07-01-2020 Samire
Salam aleykum. Kirpik qaynağı destamaza mane olur mu?
Cavab:

Va aleykumus-sələm. Əvvəla bunu qeyd edək ki, kiprik qaynaq etmək haramdır və böyük günah sayılır. Həmçinin, saç, dırnaq qaynaq etdirmək də buna aiddir.

ardını oxu 459 oxunma
07-01-2020
Sələmun aleykum. Allah elminizə bərəkət versin. Bir neçə sualım var: 1) Əgər mən birisini sevirəmsə və niyyətim safdırsa, fikrim ciddidirsə onu sevməyim günahdırmı?
Cavab:

Va aleykumus-sələm. 

ardını oxu 681 oxunma
07-01-2020 Murad
Salam. Mende qorxaqliq var her şeye qarsi. Ne edim? Her bir kesden qorxuram. Ama en cox allahdan. Etrafimdaki insanlar hede qorxu gelenlerde var. Sizce islamda bunun aciqlamasi necedir.
Cavab:

Və aleykum Salam. Qorxunun növləri, icazəli və icazəsiz olan qorxu, həmçinin aşırı qorxaqlığa necə qalib gəlmək haqqında bu cavabı oxuyun: Qorxunun neçə növü var? 

ardını oxu 275 oxunma
27-12-2019 Arzu
Həyat yoldaşım məndən QƏLBİ qırılıb.ona çox pis sözlər dedim. İndi məni bağışlaya bilmir.
Cavab:

Əssələmu aleykum. İslam dini ərlə arvadın bir-birinə qarşı hörmətlə, gözəl şəkildə davranmalarını əmr edir. Bu, həm kişiyə, həm də qadına vacibdir. Lakin kişinin qadın üzərində olan haqqı qadının kişi üzərində olan haqqından bir dərəcə üstündür ki, bu da qadının ərinə itaət etməsidir.

ardını oxu 327 oxunma
27-12-2019
Subh namazinda aglayaraq etdiyin duani yatdigdan sonra yuxuda qebul olundugunu gormek ne anlamina gelir?
Cavab:

Əssələmu aleykum. Ola bilsin bu, sizin etdiyiniz duanın qəbul olunmasının əlamətidir ki, Uca Allah bunu yuxu vasitəsilə sizə bildirir. Yuxu barədə daha ətraflı bu linkdən oxuyun:


Yuxu haqqında


 

ardını oxu 188 oxunma
27-12-2019
Salam. Bizim evde donuz etinnen kolbasa yeyirler. Hamida yeyennen sora ellerini yumurlar. Ve ellerini her yere vururlar. Qapinin tutacaqlari, stol stul, çarpayi, divan ve s.men bilmirem artiq ne edim. Rahat oturmaga bir yerim azdi. Yorulmuşam evde heckim olmayanda sulu desmalnan her yeri silem.
Cavab:

Va aleykumus-sələm. Donuz bütünlüklə nəcis (natəmiz) sayılır. Həmçinin donuzun qanı, əti, ətindən ayrılan yağı və piyi də nəcisdir. Lakin İslamda "şübhə etməklə yəqinlik aradan qalxmaz" deyilən qayda vardır.

ardını oxu 318 oxunma
24-12-2019 Vusal
Salam bir gun mene xestelik qorxusu geldi sora panike dusdum ne oldugunu bilmedim hek kime hekne demedim sora depresiyyaya dusdum indide olum qorxusu geldi dedim qorxmuram olumden sora Allaha kufrler geldi sora vesveseler geldi sora hiss etdim ki kimse menle icimde daniwir ne etmeliyem rukiye etdirm
Cavab:

Va aleykumus-sələm. Sualda qeyd etdiyiniz narahatlıq şeytanın vəsvəsələridir. Belə vəsvəsələrə fikir verməmək və hər şeyi Allaha həvalə etmək lazımdır. Həmçinin, bu narahatlıq xəstəlik səbəbilə də olur. Çünki insan xəstələndikdə, orqanizmi zəifləyir və ölümü barədə narahatlıq keçirir.

ardını oxu 188 oxunma
24-12-2019 Elvin
Salam aleykum .namazda iken maye yeni vadi axdiğini hiss etdim .amma namaza davam etdim .indi namazi davam etmekle duz etdim
Cavab:

Va aleykumus-sələm. Əvvəla bunu qeyd edək ki, "vədi" cinsi əlaqədən sonra gələn mayedir. Şəhvət hissi olduqda gələn maye "məzi" adlanır. Məzinin gəlməsi dəstəmazı pozur və özü də nəcis sayılır. Yəni, paltara dəydikdə yuyulması vacibdir.

ardını oxu 563 oxunma
24-12-2019 Mehemmed
Salam.Bir momin qardash var.butun namazlari qilar,oruc tutar.Ustune el achib gelene bacardigi qeder komek eder,qarshisina chixan dilenchini bosh buraxmaz.Her heftenin 1-4 gunu nafile oruc tutar,gunde en azi bir sehife Quran oxumamish yatmaz,geceler teheccud namazi qilar.Pis ishlerle mesgul olmaz.Tex
Cavab:

Va aleykumus-sələm. İnsanın başına gələn müsibətlər, bəlalar heç də onun pis əməl sahibi olması anlamına gəlmir. Çünki biz imtahan dünyasında yaşayırıq və bu dünyada müsibətlərin və imtahanların olması labüddür.

ardını oxu 225 oxunma
22-12-2019
Salam. Men dua ederken esniyirem bu dua ya bır tesır gosderırmı ? Bırde salavat cevırerken bele olur menden aslı deıl esnıyırem xaıs cvblandırarsız.
Cavab:

Va aleykumus-sələm. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bizə bildirmişdir ki, əsnəmək şeytandandır və insan bacardığı qədər əsnəməyin qarşısını almalıdır. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: "Əsnəmək şeytan­dan­dır.

ardını oxu 476 oxunma
19-12-2019
Salam oruclu ola ola 4 heftelik usagi abort etdirdim usaq dogulandan sonra rehmete gedir durmur qan uyuşmazligindam mecbur oldum sonra çox peşman oldum.tövbe edtdim allah gunahimi bagışlasın diye abortdan bir hefte sonra qan görundu bu vaxt orucum pozulurmu
Cavab:
Və aleykum Salam. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahdır. Bu səbəbdən Allaha tövbə edin, bu günaha bir daha qayıtmayın və yaxşı işlərə can atın ki, Uca Allah günahlarınızı bağışlasın. Çünki yaxşı işlər günahları silib aparır.
ardını oxu 300 oxunma
19-12-2019
salam.eger kebin kesilende kiwi arvadina hec bir wey vermeyibse qadin kiwiye kebini pozduracagini deyir kiwi ise onunla gelmirse qadin tekbaaina o kebini pozdura biler?
Cavab:
Va aleykum salam. Kəbin kəsdirərkən tərəflərin razılığından sonra qadının vəlisinin (ata, qardaş, əmi və s.) icazəsi və iki şahidin iştirakı mütləq olmalıdır. Kəbin kəsdirərkən kişinin qadına mehr verməsi vacib olsa da, kəbinin şərtlərindən sayılmır.
ardını oxu 186 oxunma
19-12-2019 Nurlana
Salam men 1 gunaha gore defelerle tovbe edb ama zaman kecenden sora pozmşam ama pozandan sora cox peşman olub tovbe etmşem yene sizce tovbem qebuldu
Cavab:

Aleykum salam. Tövbə etdikdən sonra dəfələrlə günah edib tövbə etsəniz, tövbəniz qəbul olunar. Ona görə də ruhdan düşmək lazım deyil.

ardını oxu 151 oxunma
19-12-2019
Menim atan ve anam bir evde yasiyirlar ve danismirlar, men anam ve gardasim cox calisdig ama atam hec cure barismir. Yemeyini ayirib otagini ayirib.her cure hormetini eledik ama o bunu anlamadi axirda yiruldug garsilig gormedik.
Cavab:

Əssələmu aleykum. Valideynləri küsülü olduqda övladlar onları barışdırmağa çalışmalıdırlar. Çünki həm atanın, həm də ananın övladlar üzərində haqqı böyükdür.

ardını oxu 92 oxunma
18-12-2019
Qul haqqına girəndə allahdan həmin Qul üçün bağışlma istəsən kəffarə olaraq əvəz əvəz olur?
Cavab:
Salam aleykum.
ardını oxu 338 oxunma
17-12-2019 Xanım
Əssalamu aleykum ata qızını ərə vermək isdəsə qız istəməsə ata desəki getməsən sənə haqqım haram olsum bu zaman qız nə etməlidir ?
Cavab:
Və aleykum Salam. Kəbin kəsdirərkən həm atanın, həm də qızın öz razılığının olması vacibdir. Yəni, evlilikdə qadının razılığı vacib şərtdir və onu məcburən ərə vermək qadağandır.
ardını oxu 206 oxunma
17-12-2019
Salam Aleykum.Dönerxana obyekti işleden adamin qazandigi pul haramdirmi??Yeni ora getirilen toyuq etlerinin menbeyin bilmir..Amma halal adla satilir..Orda qazanilan pul haramdir yoxsa halal??Zehmet olmasa cvblandirarsizda
Cavab:

Və aleykum Salam. Ümumən dönərxana işlətmək və ya orada ruzi qazanmaq haram deyil.

ardını oxu 158 oxunma
16-12-2019
Salam.Men sahura durdum.Bir stəkan su icdim.sonra yatdim.subh namaza dura bilmədim.bele halda orucum tesirin itirir
Cavab:
Və aleykum Salam. Üzrsüz səbəbdən sübh namazını qəzaya saxlamaq böyük günahdır. Buna görə tövbə etmək və Allahdan bağışlanma diləmək lazımdır.
ardını oxu 295 oxunma
16-12-2019 huseyn
tovbe duasiz edende hemen tovbe qebul olunur?
Cavab:

Salam aleykum. Günahdan tövbə etmək peşman olmaqla, günahdan əl çəkməklə və gələcəkdə bu günahı etməmək əzmində olmaqla həyata keçirilir. Əgər edilən günahla kiminsə haqqı tapdalanırsa, bu zaman tövbəyə daha bir şərt - haqqı tapdalanan adamın halallığı əlavə olunur.

ardını oxu 114 oxunma
14-12-2019 Kənan
Salam aleykum. 2 sualım olacaqdı zehmet olmasa cavablandırardız. Birinci sualım:Bu dünyada ceza varmı? Yoxsa bütün günahların cezasıcehennemdemi odenilecek?. İkinci:Allah bu dunyada olanlara qarışırmı? Bildiyime göre qarışsa edaletsizdik olar. Eger qarışmırsa biz niye dua edirik? Tesekkürler.
Cavab:
Və aleykum Salam.
ardını oxu 363 oxunma
12-12-2019
Əs sələmu aleykum va rahmatullahi va barakatuhu. Ramazanda tuta bilmədiyim orucun kəffarəsini vermək istəyirəm. Bunun üçün kəffarəni ramazanda iftar vermeklə ödəməliyəm yoxsa hər hansi bir vaxt ac doyuzdurmaqla ödəyə bilərəm?
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Ramazan ayında oruc tutulmayan hər günə görə bir kasıbı yedirtmək yalnız qocalara, yaşlılara və sağalmaq ehtimalı olmayan xəstələrə aiddir.
ardını oxu 125 oxunma
12-12-2019 Elvin
Salam aleykum .artiq neçe vaxtdı ki ,destemaz alıb qutarandan 3-4 deyqe sonra ve yaxud destemaz esnasinda ele bil yel gelir .amma emin olmuram .şubheli şekilde oluram hemiwe .ses ve iy olmur .bele şübheli olanda destemazi yeniden almaq lazimdi?
Cavab:
Və aleykum Salam. Adətən belə hallar şeytanın vəsvəsələrindən irəli gəlir. Vəsvəsələrlə isə mübarizə aparmaq yox, onlara fikir verməmək lazımdır. İslamda "şübhə ilə yəqinlik aradan qalxmaz" deyilən prinsip var.
ardını oxu 316 oxunma
12-12-2019
Salam orucum pozla bilar deyə aqzmi yaxalamiram dəstamaz alanda bunda bir gunah varmi cox saqolun Allah razi olsun
Cavab:
Və aleykum Salam. Dəstəmaz alarkən ağıza və buruna su çəkib qaytarmaq vacibdir. Çünki ağız və burun üzdən hesab edilir. Ona görə də dəstəmaz alarkən bunu tərk etməklə səhv etmisiniz. Lakin bunun hökmünü bilmədiyinizə görə indiyədək aldığınız dəstəmazlar doğru sayılır və sizə günah yazılmır.
ardını oxu 125 oxunma
12-12-2019 Ülvü Mehrəli
Salam. Oruclu adama pis söz deyən adam günah qazanırmı?
Cavab:
Və aleykum Salam. Ümumiyyətlə, təhqiramiz və çirkin sözlər danışmaq günahdır. Daha ətraflı:
Namaz qılanın pis sözlər işlətməsi düzgündürmü?
ardını oxu 56 oxunma
10-12-2019
Əssalamü aleykum Cərcis adda peyğəmbər varmı? Və Beyləqanda var türbəsi
Cavab:
Və aleykum Salam. Səhih tarixi mənbələrdə Beyləqanda türbəsinin olduğu iddia olunan şəxsin Cərcis adlı bir peyğəmbər olması barədə hər hansı bir məlumat bildirilməmişdir. Qurani-Kərimdə adları çəkilən 25 peyğəmbərin arasında da onun adı qeyd olunmur.
ardını oxu 473 oxunma
10-12-2019 Səma
Mən uje 2günə yaxındı namaz qılıram öyrənməkçün buraxsam günah olarmı?
Cavab:
Salam aleykum. Əgər namazın sözlərini əzbərləməkdə çətinlik çəkirsinizsə və sərbəst qıla bilmirsinizsə, bu halda bilmədiyiniz zikr və duaları əzbərləyənə qədər bir vərəqə köçürüb üzündən oxuyaraq namaz qılın, lakin namazı buraxmayın. Həmçinin, namazı bu videoya baxaraq öyrənə bilərsiniz:
ardını oxu 79 oxunma
10-12-2019 Fidan
Salam men hiss edirem ki mene cadu edibler elçi gelenleri geri cevirirem beyenmirem ve herkes menen uzaqlawir bunun için ne eşe bilerem ozume qapaniram men namaz qilmiram cadudan qorunma duaları oxuya bilerem xaiw edirem cavab yazin
Cavab:
Və aleykum Salam. Namaz qılmadığınız halda cadudan qorunmaq üçün zikr və dualar oxuya bilərsiniz. Lakin bilin ki, cadudan qorunmağın əsas yollarından biri də Uca Allaha ibadət edib Onun vacib buyurduqlarını əməl etmək və qadağalarından çəkinməkdir.
ardını oxu 66 oxunma
10-12-2019 vusal
bilmeden pişiyi hamile ola ola vurmaq gunahdırmı?
Cavab:
Salam aleykum. Ümumiyyətlə dinimiz canlılara qarşı şəfqətli olmağı və onlara əziyyət verməməmyi buyurur.
ardını oxu 99 oxunma
10-12-2019 Aynure
Salam Ramal adini qoymaq gunahdirmi?
Cavab:
Və aleykum Salam. Əgər qeyd etdiyiniz adın mənası yaxşıdırsa və İslama zidd deyilsə, onu uşağa qoymaqda bir qadağa yoxdur. Həmçinin oxuyun:
Uşağa Knyaz adını qoymaq olarmı?
ardını oxu 80 oxunma
10-12-2019
Səlam.Tualetdə olarkən ayaqlarıma sidik damcıları dəyir. Qüsl vacib olurmu?
Cavab:
Və aleykum Salam. Sidik damcılarının bədənə dəyməsi qüslu vacib etmir. Lakin murdar olduğuna görə bədənə dəyən yerləri yuyaraq ondan təmizlənmək lazımdır. Daha ətraflı:
İslam fiqhi: Qüslü vacib edən hallar
ardını oxu 90 oxunma
09-12-2019
Salam eleykim,Gece simeninden geldim,oruclu idim evde niyyet edib Allahı zikr etmeye başladım ve zikr vaxtı bilmeden yuxuya daldım,bir neçe saatdan ayıldım, zikrim yarımçıq qaldı - Allah qarşısında çoxmu günah etmiş oldum? Zehmet olmasa cavablandırasınız-önceden teshekkurler.
Cavab:
Və aleykum Salam. Əvvəla onu deyək ki, zikr edərkən xüsusi şəkildə niyyət etməyə ehtiyac yoxdur. Çünki sizin zikr etməyinizin özü qəlbinizdən gələn niyyətdən xəbər verir.
ardını oxu 151 oxunma
09-12-2019 gulay
salam mene hemzad olunub dediler ve 1 qizm var xestedr onunla baglidir dediler men hemzad ozumden atmaq ucun ne ede blerem
Cavab:

Və aleykum Salam. Quranda "həməzətiş-şəyətin" sözü "şeytanların vəsvəsələri" kimi qeyd edilir. Şeytandan və onun vəsvəsələrindən qorunmaq üçün bu cavabları oxuyun:

ardını oxu 553 oxunma
09-12-2019
Eger dua yadda qalmirsa,namaz qilinarken telefonda oxumag olarmi?
Cavab:
Salam aleykum. Namazda oxunan surələri, zikr və duaları əzbərləməkdə çətinlik çəkirsinizsə, onları bir vərəqə köçürdüb oxumağınız tövsiyə olunur. Çünki vərəqdən oxumaq daha etibarlıdır. Telefondan oxumaq isə istər-istəməz namazda artıq hərəkətlərə səbəb olaraq namazdan yayındıra bilir.
ardını oxu 187 oxunma
09-12-2019 A
Teziqi aşağı olanlar namaz qıla biler ?
Cavab:
Və aleykum Salam. Namaz elə bir ibadətdir ki, ağlı başında olan və həddi-buluğa çatmış hər bir müsəlman kişi və qadına vacibdir. Digər ibadətlərdən fərqli olaraq namaz hər bir halda, hər bir vəziyyətdə qılınmalıdır. Oruc, həcc və s.
ardını oxu 60 oxunma
09-12-2019 cemile
Oglanla qizin sevgili olub el ele tutusub gezmeyi gunahdir cezasi nedi
Cavab:
Salam aleykum. İslama görə kəbin olmadan kişi ilə qadının bir-biri ilə görüşməsi, danışması və bir-birinə toxunması günahdır.
ardını oxu 195 oxunma
09-12-2019 djhd
salamun eleykum.ALLAH terefinden ilham nece olur yeni onun isaresi nece olur?
Cavab:
Və aleykum Salam. İbn Əsir demişdir: "İlham, kəramətin bir növüdür ki, o barədə düşünmədən, ictihad etmədən insanın nəfsinə, qəlbinə hər hansı bir əməli edib-etməməsi və ya nəfsin günahdan təmizlənməsi üçün təlqin edilən qeyri-adi ilahi bir hissdir". (Camiul-Usul, səh. 213).
ardını oxu 97 oxunma
07-12-2019 Gulperi
Insan pilik etmese aglina getirse ya sev olan bir seyi dusunse fikirlesdiyi seylere gore gunaha batarmi
Cavab:
Salam aleykum. Pis fikirlər şeytanın vəsvəsəsidir. İnsan ağlına gələn pis fikirlərə əməl etmədikcə, günah qazanmır. Daha ətraflı məlumat əldə etmək üçün bu cavabları oxuyun:

İnsanın beyninə gələn fikirlər günahdırmı?
ardını oxu 146 oxunma
07-12-2019
Salam,dini kebin nedir? siğe nedir?statislari eynidirmi?
Cavab:

Və aleykum Salam. Siğə müəyyən məbləğ müqabilində müvəqqəti bağlanan nikahdır. Siğə haram buyurulmuşdur.

ardını oxu 169 oxunma
07-12-2019 Emin
Əslində sualarım çoxdu. Amma bəzilərini vermək istiyirəm. Niyə bütün peyğəmbərlər ərəbistan yarmadsına gəlib? Və avstraliyada yaşıyan insanlar 17 ci əsrə qədər kəşf olunmmışdır. Orada yaşayan insanlar islamın, xristianlığın, yahudiliyin adını belə eşitməmişdilər.
Cavab:
Və aleykum Salam. Peyğəmbərlər müxtəlif yerlərə və müxtəlif qövmlərə göndərilmişlər. Avstraliyaya və digər qitələrə peyğəmbərlərin gəlməsi faktı inkar olunmur. Çünki Uca Allah buyurur: "Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, elçi göndərdik.
ardını oxu 113 oxunma
07-12-2019 heyder
salam Meslen bu gun ramazanin 5-ci gunudur men ise yeni oruc tturam bugun men necenci gunun duasini etmeliyem
Cavab:
Və aleykum Salam. İslamda Ramazan ayının hər günü üçün ayrıca dua yoxdur. Bu cavabları oxuyun:

Oruc tutan iftarını açarkən etdiyi dua
ardını oxu 32 oxunma
05-12-2019
Salaam aleykum genetik hesablamayla usaqin cinsiyyetini irelcadan bilmek haramdır mi?
Cavab:
Və aleykum Salam. Uşağın qız və ya oğlan olacağını əvvəlcədən təyin mümkün deyildir. Çünki bu, Allahın işidir. Rəvayət edilir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Həqiqətən, Allah ananın bətnində bir mələk təyin etmişdir.
ardını oxu 252 oxunma
05-12-2019 Anar
Salam Aleykum. 1.
Cavab:

Və aleykum Salam.

ardını oxu 197 oxunma
05-12-2019
Salam aleykum men bakidayam sefere gedecem ismayilliya iftarimi orda aca bilerem ve orda oruc tuta bilerem tutdugum oruc batil sayilmir
Cavab:
Və aleykum Salam. Səfərdə oruc tutmaq icazəlidir.
ardını oxu 64 oxunma
05-12-2019
Əssələmu Aleykum va Rahmətullahi va Bərakətuhu.Mulk və Kəhf surəsini ərəb dilində amma bizim hərflərlə düzgün formasını istəyirəm, əzbərləmək üçün,çox xahiş edirəm.
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Qurani-Kərimi transkripsiyadan düzgün şəkildə oxumaq mümkün deyildir. Çünki ərəb dilində olan bəzi səslərin bizim ana dilimizdə olan qarşılığı yoxdur. Bu isə Quranın səhv oxunmasına və mənanın dəyişməsinə səbəb ola bilər.
ardını oxu 153 oxunma
05-12-2019
SALAM. 10 gunluk usagi cimizdirerken nece 10 gunluk qusul vermek lazimdir?
Cavab:
Və aleykum Salam. İslam dini yeni doğulan uşaq üçün edilməsi bəyənilən bəzi əməlləri buyurmuşdur. Lakin xüsusi olaraq qüsl edilməsi buyururlmamışdır. Bu səbəbdən yeni doğulan uşaq adi qaydada çimizdirilir.
ardını oxu 289 oxunma
05-12-2019
Salam men bilmek isteyirem azan verle verle namaz qılmaq olar yaxsa qutarmağını gözlemeliyik.
Cavab:

Və aleykum Salam. Azan verilə-verilə namaz qılmaq olar. Lakin əgər qılmaq istədiyiniz namaz nafilə namazıdırsa və azanın verilməsinə az qalıbsa, bu halda yaxşı olar ki, əvvəl azanı dinləyib müəzzinin dediklərini təkrarlayasınız.

ardını oxu 193 oxunma
05-12-2019
salam cenavətli olduğun halda teyennüm edib oruc tutmaq olar?su başa ziyan olduqda.
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, oruca başlamaq üçün qüsullu olmaq şərt deyil. Aişə rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gələrək dedi: "Ey Allahın Elçisi, mən Sübh namazına cunublu halda yetişirəm.

ardını oxu 272 oxunma
03-12-2019
İslamda əxlaq necə olmalı?
Cavab:
Salam aleykum. İslam dini əxlaq mövzusuna çox böyük əhəmiyyət verir, hətta bu mövzu ilə əlaqədar İslam universitetlerində xüsusi olaraq əxlaq bölməsi açılmış və əxlaq elmi müstəqil bir fənn kimi tədris olunmağa başlamışdır. Əgər İslamı bir ağac kimi vəsf etsək, əxlaq bu ağacın meyvəsidir.
ardını oxu 258 oxunma
03-12-2019 Ruslan
Əssalamu Aleykum. "Xəvaric"in qızı ilə evlənmək olar?
Cavab:

Va aleykum salam.

ardını oxu 176 oxunma
03-12-2019 Aysel
Salam, Lamiye adinda imamlarimizin ve ya peygemberletimizin anasi,bacisi, qizi olub???
Cavab:

Va aleykum salam. Peyğəmbərin və ya onun Əhli Beytinin Lamiyə adlı qohumunun olması barədə məlumatımız yoxdur. 

ardını oxu 38 oxunma

Pages