İnsanın başına gələn müsbətləri və ya mənfi hadisələri gündəlik kimi yaza bilərmi?

    29.03.2026
Sual: 
Salam aleyküm.İlk olaraq bir neçə tətbiqə baxmışam hamsında məğrib saatları,zöhr vaxtları fərqlidir.İmsak və iftar vaxtları da həmçinin.İkinci olaraq,başımıza gələn mənfi müsbət hadisələri gündəlik kimi yazmağın ziyanı varmıdır?Və son olaraq küçədə yəhudi ya da xristian icmasından olan xanımlar yaxınlaşdı hətta səhv etmirəmsə yehova cəmiyyəti kimi bir şey idi və öz qurumları ilə bağlı kağız paylayırdılar.O kağızı götürdüm içərisinə baxdım və zibil qabına atdım.Sonra kitab əhlinin dininə,müqəddəs kitablara,Hz.İsa(ə.s)Peyğəmbərə hörmətsizlik etdiyimi düşünüb narahat oldum.Bunun hökmü nədir?Hadisədən sonra tövbə və istiğfar edib bağışlanma dilədim Uca Allahdan.Təşəkkürlər.Allah razı olsun
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabı oxuyun:


2) İnsanın başına gələn müsbət və ya mənfi hadisələri gündəlik kimi yazmağın özü-özlüyündə şəriət baxımdan haramlığı yoxdur. Əksinə, insan bunu özünü hesaba çəkmək və ibrət götürmək üçün edərsə, bəyənilən bir əməldir. Lakin yazılanlar qeybət, şikayət və ya Allahın qədərindən narazılıq formasında olmamalıdır. Həmçinin başqalarının sirrini və ya eybini yaymaq niyyəti ilə yazmaq icazəli deyil. Niyyət düzgün olarsa və günaha səbəb olmazsa, belə qeydlərin dini baxımdan bir qəbahəti yoxdur.


3) Onların təqdim etdiyi təbliğat vərəqini götürüb baxdıqdan sonra zibilə atmağınız, əgər təhqir və istehza niyyəti daşımayıbsa, günah sayılmaz. Lakin bəzən xristian təbliğatçıları insanları azdırmaq üçün payladıqları vərəqlərdə Allahın adını çəkirlər və hətta bəzən Quran ayələrindən istifadə edirlər. Odur ki diqqətli olmaq lazımdır və əgər bu vərəqlərdə Allahın adı yazılmışsa və ya Quran ayələri varsa, onu yandırmaq daha məqsədə uyğundur. Həmçinin oxuyun:

Allahın adı yazılan kağızı yandırmaq lazımdırmı?

Paylaş: