Müəllimin tələbə üzərində, tələbənin də müəllimin üzərində haqları nədən ibarətdir?

    15.03.2026
Kimdən: 
Allah bəndəsi
Sual: 
Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh. Allah elminizə bərəkət versin. Suallarım müəllim-tələbə münasibətləri haqqındadır. Müəllimin tələbə üzərində haqları və tələbənin də müəllimin üzərində haqları nədən ibarətdir? Əgər, müəllim tələbədən hər hansı işi yerinə yetirməyi əmr edərsə, ev tapşırığı və s. tələbə ona səhlənkarlıq və yaxud da başqa səbəblərdən dolayı itaətsizlik göstərərsə, bunun hökmü nədir? Yəni müəllimə itaətsizliyin hökmü nədir? Səhih dəlillər əsasında sübut edərsiniz, zəhmət olmasa.
Cavab: 

Və aleykum Salam. Müəllimin tələbə üzərində haqqı ona hörmət etmək, sözünü kəsməmək, tapşırıqları ciddi yerinə yetirmək və ona qarşı ədəbli davranmaqdır. Çünki Uca Allah elm əhlini ucaldıb və alimlər müəllimə ehtiramı elm ədəbindən saymışlar. Müəllimin isə tələbə üzərində haqqı elmi ixlasla öyrətmək, tələbələrə qarşı ədalətli və mərhəmətli olmaqdır. Müəllim halal və elmə aid bir işi əmr edərsə, ona səhlənkarlıq göstərmək günahdır və ədəbə zidd sayılır. Həmçinin oxuyun:

Paylaş: