Lazer otağının qapısında "Ləfzətullah" (Allah kəlməsi) və dua asmaq dinə hörmətsizlik sayılırmı?

    15.03.2026
Kimdən: 
gunel
Sual: 
lazeroloqa getdiyim zaman gördüm ki, qapının üzərinə lafzatullah və dua asıblar. xanıma dedim ki, bəs içəridə qızlar soyunurlar qapıya niyə dua asmısan? dedi ki, qapının çöl üzünə qoyduğum üçün nəsə olmaz. bu etdiyi dinə hörmətsizlik sayılırmı? və mən ora getməklə günah qazanırammı?
Cavab: 

Əssələmu aleykum. Müsəlman Allahın adına və Quran ayələrinə hörmətlə yanaşmalıdır. Uca Allah bu xüsusda belə buyurur: "Hər kim Allahın ayinlərinə hörmət edərsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır" (əl-Həcc, 32). Qapının üzərində "Ləfzətullah" (Allah kəlməsi) və ya dua asmaq düzgün deyil. Əgər yazı qapının çöl tərəfindədir, bu dinə hörmətsizlik sayılmaz. Bir çox insanlar belə yazıları bərəkət və qorunma niyyəti ilə asırlar, lakin alimlər bunun düzgün olmadığını və belə yerlərdə asmağın münasib olmadığını demişlər. Xüsusilə insanların soyunduğu və ya uyğun olmayan halların ola biləcəyi yerlərdə Quran ayələri və Allahın adı olan yazıları asmamaq daha ədəblidir. Sizin ona bunu xatırlatmağınız doğru əməldir. Sizin ora getməyiniz isə günah sayılmaz. 
Əgər imkan olsa, bir daha ona gözəl şəkildə belə yazıların belə yerdə asmağın doğru olmadığını bildirin. Həmçinin oxuyun:

Evdə divardan kəbənin şəkli və dualar asmaq barədə
Ruzi-bərəkət duasını yazıb evdən asmaq olarmı?

Paylaş: