Ruzi-bərəkət duasını yazıb evdən asmaq olarmı?

    11.03.2015
Kimdən: 
anonim
Sual: 
ƏsSələmu aleykum. Ruzi-bərəkət duaları deyilən dualar varki satılır və insanlar alaraq evlərindən asırlar. Bunlar bidətdirmi? Yəni biz səhih sünnədə belə şeylərə rasty gəlməmişik, böyük ehtimalla bidətdir. Əgər İslamda ruzi-bərəkət üçün xüsusi dua yoxdursa o zaman bu yazılanlar nədir? Cadü-sehr olma ehtimalı varmı? Allah razı olsun.
Cavab: 

Aleykum salam. Dua Allaha edilir, öyrənmək niyyəti istisna olmaqla, onu yazıb üzərində gəzdirərək və ya evdən asaraq ondan bərəkət gözləmək olmaz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Allah boynunda dua (tilsim, həmayil) asanın axirətini xeyirli etməz, gözmuncuğu gəzdirənə sığınacaq verməz» (Əhməd, İbn Hibban)
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dua edərdi: "Allahummə inni əsəlukə rizqan tayyibən, va ilmən nəəfiən va amələn mutəqabbilən" (Allahım səndən halal ruzi, faydalı elm və qəbul olunmuş əməllər istəyirəm). (İbni Macəh, 925).  Daha ətraflı: Ruzinin artması üçün nə etməliyik?
Həmçinin oxuyun: Üzükdən bərəkət gözləmək haqqında

Teqlər: 
Paylaş: