Hansısa bir sayta depozit qoyub bir ildən sonra gündəlik qazanc əldə etmək halal sayılırmı?
Sual:
Salamın aleykum.Men sizden bir sualima cav isteyerdim. Men Çin saytina depozitlə pul qoymuşam. İlkin ödəniş 60man ondan sonraki 1il erzinde gunde 2manliq gelirim olcaq.Bilmek isteyerdim ki bu haramdir? Onuda deyim ki bize deyibler ki orda online işci kimi fəaliyyət göstəririk gunde bize tapşiriqlar gelir iki olke arasinda aliş-satiş işidir. Orda işci kimi qeydiyyat olunmuşuq.zehmet olmasa sualima cav yazardiniz. Allah sizlerden razi olsun
Cavab:
Və aleykum Salam. Əgər bu sistemdə real, aydın ticarət yoxdur və sadəcə pul qoyub sabit qazanc əldə etməkdən ibarətdirsə, bu halal sayılmır və şübhəli qazancdır. Əgər siz yalnız pul qoyursunuz və qarşılığında sizə zəmanətli gündəlik gəlir verilirsə, bu çox vaxt ya faizə bənzər sistem, ya da piramida sistemi olur. Belə işlərdən isə alimlər uzaq durmağı tövsiyə edirlər. Həmçinin oxuyun: