Namazda əl-Fatihə surəsindən sonra hər hansı bir surənin ortasından ayə oxunarsa nə deyilir?
Sual:
Salam Aleykum,namazda hər hansı surənin ortasından və ya axırından ayə olunursa, o ayəni bismillahir Rahmənir Rahim lə baslamaq lazımdır, yoxsa ənzu billəh minəşşeytanirrəcin lə, məsələn Bəqərə surəsindən ayətil kursu.. Bir də Bəqərə surəsinin axırıncı 2 ayəsini, Əmənər- Rasulu ayəsini namazda oxumaq olar?
Cavab:
Və aleykum Salam.
1) Namazda əl-Fatihə surəsindən sonra hər hansı bir surənin ortasından ayə oxunarsa, heç bir şey deyilmir. Nə "Bəsmələ" (Bismilləhir-Rahmənir-Rahim), nə də "İstiazə" (Əu:zu billə:hi minəş-şeyta:nir-racim). Birbaşa oxumaq istədiyiniz ayəni oxuyursunuz. Həmçinin oxuyun:
2) Namazda əl-Fatihə surəsindən sonra əl-Bəqərə surəsinin son iki ayəsini oxumaq icazəlidir.