Oruclu ikən qüsl alarkən ağıza-buruna su almaq orucu pozurmu?

    25.03.2026
Kimdən: 
N
Sual: 
Əs salamun əleykum, bu yaxınlarda oruc girəcək və mən ilk dəfə olaraq olruc tutacam, bu haqda bir neçə sualım var: 1. Ramazan ayı daxilində əgər heyzli olsaq, və heyz başa çatsa ancaq hələ Ramazan ayındayıqsa, qalan günlər üçün oruc tutmalıyıq? 2. Oruc üçün qüsl lazım deyil, ancaq qüsl sonradan almaq olar, bəs qüsl üçün ağız və burnu yumalıyıq, bu orucu pozmaz? Və yaxud adi çimmək olarmı? 3.əgər oruclu halda öz başına məni ifraz olsa, oruc tamamilə batil olar, yoxsa həmin günün orucu? İndidən təşəkkürlər, Allah razı olsun
Cavab: 

Və aleykum Salam. 

1) Ramazan ayında heyz olan qadın heyz olduğu günlərdə orucu tutmur, namazları qılmır. Heyzi bitdikdən və qüsl etdikdən sonra orucuna və namazına davam edir. Ramazan ayı bitdikdən sonra (bayram günləri istisna olmaqla) heyz səbəbindən buraxdığı günlərin qəzasını tutur. Namazları isə qəza etmir. Həmçinin oxuyun:


2) Oruclu ikən qüsl almaq, habelə çimmək icazəlidir və bu, oruca təsir etmir. Qüsl alarkən ağıza və buruna su almaq orucu pozmur. Sadəcə buruna su alarkən dərinə almaq olmaz. Ətraflı oxuyun:

3) Bu cavabı oxuyun:
Teqlər: 
Paylaş: