Kirpi və dovşan əti halaldırmı?
Və aleykum Salam. Kirpi ətini yeməyin hökmü barədə alimlər arasında fikir ayrılığı var. Bəzi alimlər onu yeməyi icazəli görüb, bəziləri isə haram sayıb. Daha doğru olan rəyə görə – Allah daha yaxşı bilir – kirpi şəriət qaydalarına uyğun şəkildə kəsildikdən sonra onu yemək icazəlidir. Çünki ümumi qayda belədir ki, bir qidanın haram olduğuna dair dəlil yoxdursa o, halaldır. Həmçinin kirpi iyrənc heyvanlardan sayılmır və yeyilməsi xoş qarşılanan heyvanlardandır. Uca Allah buyurur: “Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında yeyə biləcəyiniz şeylər istisna olmaqla, artıq O (Allah) sizə haram buyurduqlarını təfsilatı ilə bildirmişdir” (əl-Ənam, 119). Kirpi isə Allahın açıq şəkildə haram etdikləri sırasında qeyd edilməmişdir. Həmçinin dovşan əti də halaldır. Həmçinin oxuyun: