Atasız bir qız anasının razılığı olmadan kəbin kəsdirə bilərmi?

    29.03.2026
Kimdən: 
Bəndə
Sual: 
Salam. Atasız bir qızın anası razı olmadan, qız isə öz razılığı ilə sevib istədiyi düzgün bir oğlanla kəbin kəsdirə bilərmi?
Cavab: 

Və aleykum Salam. Kəbin kəsdirərkən qızın vəlisinin icazəsi mütləqdir. Vəli dedikdə qızın atası, yoxdursa, əmisi, qardaşı, ata tərəfdən babası nəzərdə tutulur. Bu şəxslərin icazəsi olmadan kəsilən kəbin doğru sayılmır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Macə, 1524). Kəbin bağlamağın şərtləri barədə daha ətraflı oxuyun:

Teqlər: 
Paylaş: