Valideynlərdən xəbərsiz nikah bağlamaq olarmı?

    18.03.2014
Sual: 
Salam aleykum. Mən yoldaşımdan ayrılmışam. İndi biri həyatımda var. Özüm namaz qılıram, oruc tuturam. Həmin adam mənimlə kəbinə girməyə razıdır. Subaydır. Lakın nə onun ailəsi, nə də mənim ailəm bunu bilmir. Bizim etdiyimiz günahdırmı? Kəbinlə yaşamaq zinadır?
Cavab: 

Və aleykum Salam. Şəriətimizə görə valideynin icazəsi olmadan kəbin kəsdirmək haramdır. Çünki kəbinin elə əsas və vacib şərtlərindən biri valideynlərin razılığıdır. Siz onunla günaha batmadan yaşamaq üçün mütləq dinimizə müvafiq şəkildə nikah bağlamalısınız. Şəriətimizdə buyurulan kəbinin qaydasına görə valideynlərin razılığı (yəni halallığı), iki şahid və mehr olmalıdır. Əgər qeyd etdiyimiz bu qaydalara riayət edilərsə, yalnız bu zaman kəbin düzgün sayılar. Həmçinin oxuyun:
Nəyə görə valideynin icazəsi olmadan kəbin kəsdirmək haramdır?
Valideynlərin icazəsi olmadan ailə qurmaq olarmı?
Kəbin kəsdirmək üçün nə etmək lazımdır?
Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: