Kəbin kəsdirmək üçün nə etmək lazımdır?

    25.08.2014
Kimdən: 
namuq
Sual: 
Men kebin kesdirmek isteyirem nece ede bileremm?
Cavab: 

Salam aleykum. Kəbin kəsdirərkən həm valideynlərin, həm də qızın öz razılığının olması vacibdir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur". 
Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir" - deyə buyurmuşdur.
Həmçinin, əgər qadın razı deyilsə, onu məcbur etmək də qadağandır. Əgər o, qadını məcburi olaraq ərə verərlərsə, qadının həmin nikahı ləğv etməyə hüququ vardır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: Ey Allahın Elçisi, bakirə qadının icazəsi necə olur? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Onun susması icazəsi deməkdir". (Hədis səhihdir). Həmçinin oxuyun:
Nikah bağlamağın qaydaları
Kəbinin şərtləri hansılardır?

 

Teqlər: 
Paylaş: