Atam məni siqaret və içki almağa məcbur edərsə, buna görə günah qazanırammı?
Və aleykum Salam. Valideynə itaət İslamda böyük əhəmiyyət daşıyır, lakin Allahın haram buyurduğu işlərdə heç kəsə itaət etmək olmaz. Siqaret və xüsusilə içki (haram olan şey) almaq günahdır və buna vasitə olmaq da icazəli deyil. Bu səbəbdən atanız sizi məcbur etsə belə, bu işi etməməyə çalışmalı və gözəl ədəb ilə imtina etməlisiniz. Eyni zamanda atanızla kobud davranmamalı, ona qarşı hörmət göstərərək mülayim şəkildə bunun dinimizdə qadağan olduğunu izah etməlisiniz. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Əgər atanız sizi buna məcbur edərsə, yenə də haram işdə ona itaət etməyiniz icazəli deyil, çünki Allahın əmri hər şeydən üstündür. Həmçinin atanızın haramlardan çəkinməsi və doğru yola yönəlməsi üçün daim dua edin. Həmçinin oxuyun: