Günah işlərdə valideynlərimə kömək etmədiyimə görə mənə günah yazılırmı?

    16.08.2019
Kimdən: 
Melek
Sual: 
Salamun aleykum. Bir sualım olacaqdı. Menim Ata ve Anam gunah iş görürler ve bu haqda onlara kömek etmirem deye mene deyirler ki senin ibadetlerin sayılmır ailenin sözünden çıxırsan. Bele halda inciyerlerse mene günah yazılırmı ve ya helede onların dediklerini etmeliyemmi
Cavab: 
Və aleykum Salam. Valideynə itaət etmək vacib, onlara asi olmaq isə böyük günahlardandır. Ancaq günah işlər əmr edərlərsə, hətta valideyn olsa belə haramlarda heç bir bəndəyə itaət etmək və günah işlərdə yardımlaşmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (Yaradana) asi olmaqda məxluqata (yaradılmışlara) itaət etmək olmaz". (İmam Əhməd "Musnəd", 1095).
Digər bir hədisdə isə belə buyurub: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (Səhih əl-Buxari, 6830, 7257; Səhih Muslim, 1840).
Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2).
Günah işlərdə onlara itaət etməyərək Allahın əmrini daha üstün tutduğunuz üçün günah yox, savab qazanırsınız. Bununla yanaşı onları gözəl şəkildə, əxlaqla və səbirlə günah işlərdən çəkindirib haqqa dəvət etməlisiniz. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yailə yaxşı tanıyır". (ən-Nəhl, 125).
İbrahim peyğəmbərin atası bütlərə sitayiş etməsinə baxmayaraq İbrahim (aleyhis-sələm) onunla ən gözəl əxlaqla danışıb onu günahdan çəkindirməyə çalışırdı. Uca Allah buyurur: "Bir zaman o, atasına demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan ər-Rəhmana çox asi oldu. Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan". (Məryəm, 42-45). Həmçinin oxuyun:
Paylaş: