Hər şey əvvəlcədən yazılıbsa, insanın azad iradəsi necə başa düşülməlidir?

    05.07.2026
Kimdən: 
Abdulla
Sual: 
Burda verilən səthi suallardan fərqli olaraq , mürəkkəb sual verirəm. Qaydalar biz olmadan əvvəl yazıldığı təqdirdə, hansı azad iradə də söhbət gedə bilər? Yəni , insan tərəfindən qurulmuş bir sistem içində olduğumuz təqdir də nədir azad iradə?
Cavab: 

Əssələmu aleykum. Yəqin ki, "azad iradə" dedikdə insanın qarşısına çıxan seçimlər arasında seçim edə bilməsi nəzərdə tutursunuz. İnsan istəmək, qərar vermək və əməl etmək qabiliyyətinə malikdir. Buna görə də etdiyi əməllərə görə məsuliyyət daşıyır. Əgər insanın heç bir seçimi olmasaydı, mükafat və cəzanın da mənası qalmazdı. Bununla yanaşı, insanın azadlığı mütləq deyil. Biz nə vaxt doğulacağımızı, harada doğulacağımızı, valideynlərimizi, boyumuzu və s. bir çox başqa şeyləri seçmirik. Yəni insan Allahın yaratdığı və qoyduğu qanunlar daxilində seçim edir. İslamda bu, nə tam məcburiyyət (cəbr), nə də Allahdan müstəqil tam azadlıqdır. İnsanın iradəsi Allahın iradəsi və yaratması daxilində gerçəkləşir. İnsanın qədərinin əvvəlcədən yazılması insanın seçimlərini məcburi etmir. Uca Allah nəyi seçəcəyimizi bildiyi üçün yazmışdır, biz yazıldığı üçün seçmirik. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: