Müştərinin gətirdiyi şirniyyatı yeyərkən qəlbimə onun haram qazancdan alınmış ola biləcəyi şübhəsi gəlir. Bu doğrudurmu?
Sual:
Salam. Mən bərbər işləyirəm müştərilər gələndə sok şirniyyat alıb gətirlər məndə yeyirem ama bəzən düşünürəm bəlkə haram pulnan alıb ağlıma helə fikir gelir
Cavab:
Və aleykum Salam. Əsl olan budur ki, müsəlmanın malı halal hesab edilir və bunun əksinə dair dəlil olmadıqca haram olduğunu düşünmək doğru deyil. Müştərinin gətirdiyi yemək və ya içkinin haram pulla alındığını bilmədiyin müddətdə onu yeməkdə sizə günah yoxdur. Belə şübhələr şeytandandır. Şeytan bəzən insana əsassız vəsvəsələr verərək ibadətini və rahatlığını pozmaq istəyir. Buna görə də yəqinlik olmadan şübhələrin ardınca getməyin və bu fikirlərə əhəmiyyət verməyin.