Əlidən (Allah ondan razı olsun) "Biz ibadətdən yox, niyyət etməkdən yorulardıq" deyə bir rəvayət varmı?
Sual:
Əli radiallahu deyirdi biz ibadət etməkdən yox niyyət etməkdən yorulardıq.
Belə hədis var?
Cavab:
Əssələmu aleykum. Əlidən (Allah ondan razı olsun) nəql edilən belə bir rəvayət barədə məlumatımız yoxdur. Lakin niyyətin əhəmiyyəti barədə alimlərdən digər məşhur sözlər nəql olunmuşdur. Məsələn Sufyan əs-Səuri (Allah ona rəhmət etsin) demişdir: "Niyyətimdən daha çətin mübarizə apardığım bir şey olmayıb. Çünki o, daim dəyişir". Həmçinin oxuyun: