Yaxınları dəvət etdikdə çətinliklərə qarşı necə davranmalıyam?

    18.07.2026
Kimdən: 
Adəm övladı
Sual: 
Əs-sələmu aleykum. Ətrafımdakılarımı, yaxınlarımı dəvət edə bilmirəm. Dəvətdə maksimum dərəcədə mülayim olmağa çalışsam da, məndən dünyəvi mənfəətlər əldə etməyimi istəyirlər. Bacara bilmədiyim işləri mənə yükləyirlər. Halbuki özləri bu işləri etməyə qadir deyillər və başqalarından tələb edirlər. Hətta namaz qılanlar belə, özləri məni namazı tərk edəcəkləri ilə hədələyirlər. Tez-tez elə düşünürəm ki, mən elə İslamın əleyhinə təbliğat aparıram. Mənə nəsihət edin...
Cavab: 

Və aleykum Salam. Dəvətçinin vəzifəsi insanları hikmət, gözəl nəsihət və gözəl əxlaqla Allaha tərəf çağırmaqdır. İnsanların hidayəti isə Allahın Əlindədir. Siz onların dünyəvi istəklərini yerinə yetirə bilmədiyiniz üçün məsul deyilsiniz və heç kimin "namazı sənin ucbatından tərk edəcəyəm" deməsi sizin üzərinizə günah yükləmir. Dəvətdə yumşaqlığı, səbri və gözəl davranışı qoruyun, lakin Allahın dinində güzəştə getməyin. Əgər dəvətinizin daha çox zərərə səbəb olduğunu düşünürsünüzsə, dəvət üslubunuzu yenidən gözdən keçirin, münasib vaxt və uyğun üslub seçin. Allahdan ixlas, hikmət və sabitlik istəyin, çünki peyğəmbərlər də dəvətdə çətinliklərlə qarşılaşmış, lakin səbir göstərmişlər. Həmçinin oxuyun:

Paylaş: