İslama dəvət edərkən ilk öncə nədən başlamaq lazımdır?

    31.01.2023
Kimdən: 
Nicat
Sual: 
Əssalamu aleykum və rəhmətullah. İnsanları ibadətə,uca Allaha doğru necə dəvət etməliyəm,dəvətə haradan başlamalıyam.Dəvəti ilk öncə nələrdən başlamalıyam,yəni nəyə dəvət etməliyəm,necə dəvət etməliyəm.Mənim özüm Əlhəmdulilləh namaz qılıram,uca Allahın rəhməti ilə tövhidi öyrənmişəm,amma ailəm,yaxınlarım,ətrafımda olanlar çoxu ibadətdən uzaqdırlar.Bəzən danışanda dedikləri sözlərlə özləri də bilmədən Allaha şərik qoşurlar,batil inanclara inanırlar.Mən onları necə dəvət edim,haradan başlayım,nələri deyim bilmirəm.Bilirəm ki ilk öncə valideynlərimi dəvət etməliyəm,amma bilmirəm necə dəvət edim.Valideynlərimə nələr deyim,haradan başlayım dəvətə.Peyğəmbərimiz dəvətə necə başladı,nələr dedi?
Cavab: 

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu.

Dəvət edən insan dəvət etdiyi sahədə müəyyən qədər elmli olmalıdır. Həmçinin yaxşı əməlləri tövsiyə edib pis əməllərdən çəkindirən kəs tövsiyə etdiyinə özü də əməl etməli, qadağan etdiyindən özü də uzaq olmalı, tövsiyə və qadağalarında ədalətə riayət etməli, tövsiyə və qadağalarında mülayimlik yolunu seçməli və dəvət etdiyi adamın islahı, haqqa yönəlməsi üçün Allaha dua etməlidir. Dəvət zamanı hikmətli, əxlaqlı və səbirli olmaq, dinin əleyhinə danışarlarsa bunun böyük günah olmasını gözəl şəkildə bildirmək lazımdır. Uca Allahın ayələrini və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədislərini yaxşı öyrənib tez-tez xatırlatmaq, öz sözlərinizlə izah etməkdən daha təsirlidir. Əvvəlcə tövhid, şirk kimi əsas məsələləri çatdırmaq, sonra digər mövzulara mərhələ ilə keçmək lazımdır. Bunların hamısını bir gündə yox, hər dəfə yavaş-yavaş yadda qalacaq qədər demək yaxşıdır. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Ətraflı bu cavabları oxuyun:

Teqlər: 
Paylaş: