Öz həmcinsinə meyl edən müsəlmana necə nəsihət etmək olar?

    19.06.2026
Sual: 
Salam aleykum. Günümüzdə, Lut peyğəmbərin dövründəki kimi problemləri olan (öz həmcinsinə qarşı meyl etmək) müsəlman bir gənci necə nəsihət etməliyik? Bunun yalnış olduğunu dərk edir, bir imtahan olduğunu qəbullanır ancaq çarəsiz hiss etdiyi anlar olursa onu necə nəsihət etmək olar?
Cavab: 

Və aleykum Salam. Belə bir insana Allahdan qorxmağı, nəfsinə qarşı mübarizə aparmağı və harama aparan səbəblərdən uzaq durmağı nəsihət etmək lazımdır. Allah Elçisi ﷺ deyir: "Əsl mücahid Allaha itaətdə öz nəfsi ilə cihad edəndir, əsl mühacir isə günahları tərk edəndir" (Silsilə əs-Sahihə 549).  Başqa bir hədisdə Allah Elçisi ﷺ deyir: "Ən əfzəl cihad kişinin öz nəfsi və havası, yəni istəyi ilə etdiyi cihaddır" (Səhih əl-Cami, 1099). Ona tövbə, dua, namaz, oruc, saleh dostlarla ünsiyyət və harama aparan səbəblərdən uzaq durmağın bu imtahanda ən böyük köməkçilər olduğunu tövsiyə edin. Peyğəmbər ﷺ buyurmuşdur: "Kim iffətini qorumağa çalışarsa, Allah onu iffətli edər" (əl-Buxari, 1496; Muslim, 1053). Həmçinin bu cavabları oxuyun:

Paylaş: