Əsgərliyin ilk ayını başqa rayonda olacağam. Bu müddətdə namazı səfər namazı kimi qılmalıyam?

    15.07.2026
Kimdən: 
Abdullah
Sual: 
Salam aleykum, mən Bakıda yaşayıram və əsgər gedəcəm inşAllah, ilk ay karantin müddətində uzaq rayonda olacam, daha sonra karantin bitdikdə xidmətə Bakıda davam edəcəyəm, hansı ki xidmət yeri evə yaxındır. Bu halda mən namazları səfərdəki kimi qılmalıyam, yəni birləşdirərək və 2 rükət, yoxsa səfər sayılmır və olduğu kimi qılmalıyam?
Cavab: 

Va aleykum Salam. Əgər ilk ay karantin müddətində yaşadığınız şəhərdən kənarda olacaqsınız və orada müvəqqəti qalacaqsınızsa, bu müddət ərzində səfrdə sayılırsınız. Lakin sonradan Bakıya – daimi yaşayış yerinizə qayıdıb xidmət edəcəyiniz vaxt artıq səfər hökmü tamamilə aradan qalxır və namazları tam şəkildə qılmalısınız. Həmçinin oxuyun:

Yaşadığın yerdən neçə km məsafə yol getdikdən sonra səfər sayılır?

Teqlər: 
Paylaş: