Tövbə etdikdən sonra qəlbimdəki sıxıntı niyə keçmir?

    16.07.2026
Sual: 
Əs sələm aleykum.Zəhmət olmasa mənim məsələmə qayğı ilə yanaş ALLAH üçün. əvvəllər hədis inkarçısı idim.öz dilimizdə namaz qılırdım (əhli sünnə namaz formasında) Mənə o qədər vəsvəsələr gəlirdi ki,sanırdım ki,vəsvəsələrdən nəfəs ala bilməyəcəm.Çox çətin və əzablı vəziyyət idi.Bir gün namazda ikən qəlbim vəsvəsədən o qədər yoruldu ki,artıq təslim olub şeytana səcdə etdim ALLAH uzaq eləsin!o anda qəlbim sanki büküldü,ondan sonra daima qəlbimdə sıxıntı var.sanki yarısı ət yarısı daşdır! Sanki qəlbimdən daş sallanır daxildə.İbadətlərdən ləzzət demək olar ki,nadir hallarda alıram.Ancaq maraqlı burasıdır ki,mən o əməldən tövbə etdim,sonra isə qıssa zamanda əhli sünnə oldum.Ancaq qəlbim düzəlmir
Cavab: 

Və aleykum Salam. Əgər etdiyiniz əmələ görə səmimi qəlbdən tövbə edib, peşman olmusunuz, onu tərk etmisiniz və bir daha ona qayıtmamaq əzmindəsinizsə, bilin ki, Allah tövbələri qəbul edəndir. Qəlbinizdəki sıxıntı və ibadətdə ləzzət ala bilməməyiniz tövbənizin qəbul olunmadığına dəlil deyil. Bu, vəsvəsənin və ya nəfsin təsiri də ola bilər. Siz keçmişi təkrar-təkrar düşünmək əvəzinə tövhidi möhkəmləndirin, vacib ibadətlərə, zikrlərə və Quran oxumağa davam edin, Allahın rəhmətindən ümidinizi kəsməyin. Allahdan israrla qəlbinizi dinində sabit etməsini istəyin və Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu duasını çox oxuyun: "Ey qəlbləri çevirən Allah! Qəlbimi dinin üzərində sabit et!" Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: