Hicab səbəbindən şiddətli baş ağrıları yaşayıram, bu halda başımı açmağım icazəlidirmi?

    19.06.2026
Kimdən: 
B
Sual: 
Salam men namazi usaq yaslarimdan severek qilmisam iki ildirki basimi ortmusem, amma basim bir nece saat bagli qalarsa gergin bas agrisi baslayir eve gelib basimi acan kimi rahatlasir, ustelik evvelden de istiye dozumum yox idi sifetim cox terleyirdi hicaba girenden sonra umumiyyetle menimcun bu problem esasen de yay aylarinda daha da cetinlesir.Sualim budur ki, men basimi aca bilerm mi yada acsam gunahi nedir? Etrafimda kime bu haqda danissam menim bunu etmekle gunaha gireceyimi deyirler ve ictimai qinagdan da qorxuram.
Cavab: 

Və aleykum Salam. Müsəlman qadının naməhrəmlərin yanında hicab bağlaması Allahın əmr etdiyi vacib ibadətlərdəndir. Havanın isti olması, tərləmək və ya müəyyən narahatçılıqlar hicabı tərk etməyə əsas vermir. Dinimiz hər bir çətinlikdən bir çıxış yolu qoymuşdur. Əgər qeyd etdiyiniz kimi hicab bağlamaq sizə ciddi sağlamlıq zərəri verirsə və ya xəstəliyinizi artırırsa, bu halda dəri görsənməmək şərti ilə, daha nazik və yüngül parçalı hicablardan istifadə edə bilərsiniz. İnsanların qınağından çox Allahın hökmünü əsas götürün. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: