Hicaba qarşı istəksizlik hiss edirəm və bu, ibadətimə təsir edir, nə etməliyəm?
Və aleykum Salam. Bildiyimiz kimi iman bəzən artır, bəzən də azalır, zəifləyir. Bu, müsəlman üçün təbii olan bir haldır. İmanın artıb azalmasına bir çox amillər təsir edir. Bu amillərdən biri də ətraf mühitdir. Bu barədə ətraflı oxuyun:
Hicab Uca Allahın əmridir və bu əmri yerinə yetirmək ibadətdir. Əgər hicab sizə ağır gəlirsə, bu, imanın zəifliyinin əlamətidir. Çalışın ki, hicabı sadəcə bir "məcburiyyət" kimi deyil, Allahın sizə bəxş etdiyi izzət və qoruma kimi görəsiniz. Dua edin ki, Allah qəlbinizə sevgi və rahatlıq versin, çünki qəlbləri dəyişən yalnız Odur. Unutmayın ki, bu yolda siz tək deyilsiniz və səbir edənlər üçün həm bu dünyada, həm də Axitərdə rahatlıq və mükafat vardır. Uca Allah buyurur: "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (ən-Nəhl, 97). Həmçinin oxuyun:
Hicab bağlamaq mənə ağır gəlir, hicabı açsam Allah məni bağışlayarmı?
Çirkin görsəndiyimi zənn edərək hicabı açmaq istəyirəm...