İbadətləri bəzən həvəslə, bəzən isə həvəssiz yerinə yetirmək münafiqlik əlamətidirmi?
Və aleykum Salam.
1) Əvvəla bunu qeyd edək ki, iman ibadətlərə birbaşa təsir edir. İnsanın imanı sabit qalmayıb daim artıb-azaldığı üçün ibadətləri yerinə yetirməsi də dəyişkən olur. İman artdıqca insan ibadətləri daha gözəl şəkildə yerinə yetirir. Odur ki, belə bir hal normaldır. Bu mövzuda bir hədisi qeyd etmək yerinə düşərdi: Hənzalə əl-Useydi (Allah ondan razı olsun) belə rəvayət edir: Bir dəfə Əbu Bəkr (Allah ondan razı olsun) məni gördü və dedi:
"Ey Hənzələ, necəsən?" Mən dedim: "Hənzələ münafiq olub!" Əbu Bəkr dedi: "Sübhanallah! Nə danışırsan?!" Mən dedim: "Biz Allah Elçisinin ﷺ yanında olanda bizə Cənnəti və Cəhənnəmi xatırladır, elə bil onları gözümüzlə görürük. Amma Allah Elçisinin ﷺ yanından çıxıb ailəmizlə, övladlarımızla və işlərimizlə məşğul olanda çox şeyləri unuduruq". Əbu Bəkr dedi: "Allaha and olsun ki, biz də eyniyik!" Sonra mən və Əbu Bəkr Allah Elçisinin yanına getdik. Mən dedim: "Ey Allahın Elçisi, Hənzələ münafiq olub!" Allah Elçisi ﷺ buyurdu: "Nə üçün belə deyirsən?" Mən dedim: "Ey Allahın Elçisi, biz sənin yanında olanda bizə Cəhənnəmi və Cənnəti o qədər gözəl xatırladırsan ki, sanki biz onları gözümüzlə görürük. Amma sənin yanından çıxıb başımız ailəmizə, övladlarımıza və təsərrüfatımıza qarışdıqda çox şeyləri unuduruq". Onda Peyğəmbər ﷺ buyurdu: "Canım Əlində olan Allaha and olsun! Əgər siz mənim yanımda olduğunuz hal və zikr üzərində daimi qalsaydınız, mələklər sizinlə yataqlarınızda və yollarınızda görüşüb əl verərdilər. Lakin, ey Hənzalə, bu (iman) belədir, bir saat belə olur, bir saat belə". (Muslim, 2750).
2) Bu cavabı oxuyun:
3) Bu cavabı oxuyun: