Quranı ərəbcə oxumaq daha çox savabdır, yoxsa başqa dillərdə?
Sual:
salam qurani erebce oxumaq savabdir yoxsa basqa dilde meselen azerbaycanca?
Cavab:
Aleykum salam. Hər kəs Quranı əvvəlcə öz dilində oxumalı, Uca Allahın əmrləri ilə tanış olub onlara əməl etməyə çalışmalı və orada yazılanlardan ibrət götürməlidir. Sözsüz ki, bu, savabdır. Bundan sonra isə ərəbcə oxumağı öyrənmək və ərəbcə də oxumaq lazımdır, çünki bu qat-qat çox savabdır. Daha ətraflı: Quran oxuyarkən səhvə yol vermək günahdırmı?
Quranın ərəb dilində nazil olunması Qurani Kərimin təxminən 50 ayəsində öz əksini tapmışdır. Uca Allah buyurur: "Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz". (Yusuf, 2).